Azərbaycanda olan hadisələr
1957 – Xəzər dənizində fırtına nəticəsində Mixail Kaveroçkin və Süleyman Bağırovun rəhbərlik etdiyi 21 nəfərlik iki neftçi briqadası həlak olub.
1990 – Naxçıvan MR Ali Məclisi 20 yanvar hadisələrinə siyasi qiymət verib.
1992 – Naxçıvanda Yeni Azərbaycan Partiyası (YAP) təşkil edilib.
1994 – Əhalinin sosial müdafiəsi Fondu təsis edilib.
2007 – Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tiflis-Qars dəmir yolunun Gürcüstan hissəsinin təməli qoyulub.
Dünyada olan hadisələr
1731 – Rusiyanın ali idarəetmə orqanı olan üç nazirdən ibarət kabinet yaradılıb.
1783 – İnsanın hava şarında ilk uçuşu baş verib. İki fransız Paris ətrafında 915 metr hündürlüyə qalxaraq 25 dəqiqə sonra yerə eniblər.
1789 – Şimali Karolina ABŞ-ın 12-ci ştatı olub.
1791 – Polkovnik Napoleon Bonaparta general rütbəsi verilib.
1806 – Napoleon İngiltərənin "qitə blokadası"nı elan edib.
1836 – Konstantin döyüşü başlayıb. Bu döyüş zamanı Fransız ekspedisiya qüvvələri ərəblər tərəfindən sarsıdıcı məğlubiyyətə uğradılıb.
1847 – Hollandiyanın "Feniks" gəmisi Miçiqan gölündə yanıb. 240 nəfər həlak olub.
1877 – Tomas Edison səsyazan cihaz (fonoqraf) icad etdiyini bildirib.
1905 – Eynşteyn məşhur E=mc2 düsturunu açıqlayıb.
1916 – "Olimpik" və "Titanik"in qoşa gəmisi olan "Britannic" alman minasına düşərək batıblar.
1919 – Türkiyədə Mardin şəhəri azad edilib.
1934 – Ella Fitsceraldın ilk çıxışı.
1935 – Sovet İttifaqı Marşalı rütbəsinin ilk verilməsi. Hərbi rəhbərlər K.E.Voroşilov, M.N.Tuxaçevski, S.M.Budyonnı, A.İ.Eqorov, V.K.Blucherə Sovet İttifaqı Marşalı hərbi rütbəsi verilib.
1942 – F.Paulusun Alman 6-cı Ordusu Stalinqradda mühasirəyə alınıb.
1942 – Krasnoyarsk Dövlət Tibb İnstitutu yaradılıb.
1944 – Kotor şəhəri (Yuqoslaviya) alman qoşunlarından azad edilib.
1945 – Qvatemala BMT-yə daxil oldu.
1955 – İran, Türkiyə, İraq, Pakistan və İngiltərə "Bağdad paktı" təçkilatını təsis ediblər.
1956 – BMT sovet qoşunlarının Macarıstana daxil olmasını pisləyib.
1958 – Şarl de Qoll Fransa prezidenti seçilib.
1967 – Türkiyə ilə Yunanıstan arasındakı gərginlik Kipr səbəbiylə davam edir. "Biz silahlı münaqişədən qaçaraq problemlərimizi danışıqlar yolu ilə həll etməyə hazırıq", – Yunanıstan bildirib. Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Cemal Tural, "Kıbrısa gedəcəyik, heç kim narahat olmasın, amma vaxtı deyə bilmərəm" deyib. ABŞ prezidenti Lindon Conson müharibədən qaçmağı təklif edib.
1969 – ABŞ prezidenti Riçard Nikson və Yaponiyanın baş naziri Eisaku Sato 1973-cü ildə Okinava adasını Yaponiyaya köçürmək və bütün nüvə silahlarını adadan çıxarmaq barədə razılığa gəliblər.
1979 – Pakistanın İslamabad şəhərində nümayişçilər ABŞ səfirliyini yandırıblar.
1980 – ABŞ-ın Penure gölündə texnogen fəlakət baş verib.
1985 – ABŞ prezidenti Ronald Reyqan və Sovet İttifaqı lideri Mixail Qorbaçov Cenevrədə görüşüblər. Sammitdə strateji nüvə silahlarının 50 faiz azaldılması qərara alınıb.
1994 – Parisdə keçirilən iclasda ATƏM-in adı dəyişilərək ATƏT olub.
1995 – Serbiya, Xorvatiya və Bosniya prezidentləri "Deyton sazişi"ni ratifikasiya ediblər.
1996 – BMT-nin Baş Qərargahında Birinci Dünya Televiziya Forumu keçirilib.
1998 – Çin pilotsuz kosmik raketinin ilk buraxılışı olub.
2002 – NATO Bolqarıstan, Latviya, Litva, Rumıniya, Slovakiya və Sloveniyaya dəvət göndərib.
2002 – Dünya gözəllik yarışmasının keçiriləcəyi Nigeriyada bir qəzetdə İslam peyğəmbəri Məhəmmədlə bağlı yazıya görə baş verən qarşıdurmalarda 100-ə yaxın adam həlak olub, 500-ə yaxın adam yaralanıb.
2008 – İstanbulda Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının I konfransı keçirilib.
2012 – Cekson-Venik düzəlişi ABŞ Konqresi tərəfindən rəsmi olaraq ləğv edilib.
2013 – Kiyevin mərkəzində kütləvi bir neçə aylıq etiraz aksiyası “Avromaydan” başlayıb.
2017 – Zimbabve prezidenti Robert Muqabe hakimiyyətdən uzaqlaşdırılıb.
Bayramlar və xüsusi günlər
- Ümumdünya Televiziya Günü (BMT).
Doğumlar
1694 – Volter, fransız şair, publisist, tarixçi, insan hüquqları müdafiəçisi (ö. 1778).
1834 – Getty Green, amerikalı sahibkar, bir vaxtlar dünyanın ən zəngin qadını olub (ö. 1916).
1854 – XV Benedikt, 258-ci Roma Papası (1914-1922) (ö. 1922).
1897 – Vito Cenovese (Don Vito), Amerika mafiozu (ö. 1969).
1908 – Səftər Quliyev, azərbaycanlı məşhur alim, akademik (ö. 1973).
1919 – Gert Fredrickson, isveçli kayak avarçəkən, 6 qat Olimpiya çempionu (ö. 2006).
1948 – Tələt Kəngərli, Geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın müxbir üzvü (2014).
1969 – Süleyman Soylu, Türkiyənin daxili işlər naziri.
1972 – Mehman Sayadov, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi (ö. 1992).