19 avqust

Azərbaycanda olan hadisələr

1995 – Azərbaycan Respublikası Uqanda ilə diplomatik əlaqələr qurmuşdur.


Dünyada olan hadisələr

1071 – Malazgird döyüşü. Bizans imperiyası ilə Səlcuqlu imperiyası arasında İberiyanın Manzıkert nahiyyəsində (hal-hazırda Türkiyənin Muş əyalətinin Malazgird məntəqəsi) baş vermiş döyüş. Döyüşdə Bizans ordusunun məğlub olması və imperator IV Roman Diogenin əsir düşməsi Anadoluda və ətrafında Bizans hakimiyyətinin laxlamasında mühüm rol oynamış və Anadolunun tədricən türkləşməsinə şərait yaratmışdır. XI əsrdə qərbə doğru yürüşlərdə iştirak edən türklərin bir çoxu Malazgird qələbəsini Kiçik Asiyanı onların üzünə açan qələbə kimi qəbul edirdilər.

1630 – Övliya Çələbi 50 il davam edəcək səyahətinə başlayıb.

1692 – Massachçuset ştatında beş qadın cadugərliklə ittiham olunaraq asılmışdır.

1722 – I Pyotrun fars kampaniyası çərçivəsində İnxe çayı üzərində döyüş. İmperator I Pyotrun komandanlığı altında olan rus ordusu ilə Utamış xanı Sultan Mahmud ordusu arasında gedən döyüşdür. İnadkar döyüş, sayca və texnoloji cəhətdən üstün rus qoşunlarının qələbəsi və sonradan Utamış Sultanlığının paytaxtı Utamışın yandırılması ilə başa çatdı.

1787 – Osmanlı-Rus müharibəsi elan edilib.

1821 – Navarino qətliamı: Mora qiyamı zamanı yunanlar 3000 türkü öldürərək Navarino şəhərini ələ keçiriblər.

1839 – Sankt-Peterburq yaxınlığında Pulkovo Rəsədxanası açılıb.

1848 – “New York Herald” qəzeti Kaliforniyada tapılan ilk qızıl yazısını nəşr edib.

1856 – Amerikalı Qeyl Borden qatılaşdırılmış süd istehsal üsulunu patentləşdirib.

1874 – yelek (telnyaşka) Rusiya donanmasında dənizçi forması olaraq təsdiq edilib.

1888 – Belçikada dünyada ilk dəfə gözəllik müsabiqəsi keçirilib.

1903 – Bazeldə keçirilən 6-cı Sionist Konqresi Uqandada Yəhudi Dövləti qurmaq təklifini irəli sürüb.

1905 – Rusiya İmperiyasında Dövlət Dumasının yaradılması haqqında Manifest qəbul edilib.

1919 – Əfqanıstan İngiltərədən müstəqilliyini elan edib.

1920 – Tambov əyalətinin bir neçə kəndindəki kəndlilərin taxıl verməkdən imtina etməsi ilə Tambov üsyanı başlayıb.

1934 – Almaniyada keçirilən referendum nəticəsində reyxprezident və reyxkansler vəzifələri birləşdirilib.

1944 – Alexandr Pokrışkin ilk üçqat Sovet İttifaqı Qəhrəmanı olub.

1945 – Vyetnam kommunistləri Hanoyu tutublar.

1947 – A vitamini (retinol) ilk dəfə sintez edilib.

1953 – İranda Məhəmməd Musədiqin başçılıq etdiyi hökuməti devrilmiş, Məhəmməd Rza Pəhləvi hakimiyyətə gəlmişdir.

1960 – Dünyada ilk dəfə canlı məxluqlar kosmosa göndərilmiş və sağ-salamat geri qayıtmışdır. Belka və Strelka adlı itlər SSRİ-də "Sputnik-5" raketi ilə kosmosa göndərilmiş və avqustun 20-də sağ-salamat geri dönmüşlər.

1980 – “Saudi Arabian Airlines” şirkətinə aid  Lockheed L-1011-385-1-15 TriStar 200 avialaynerinin qəzaya uğraması nəticəsində göyərtədə olan 301 nəfərin hamısı həyatını itirmişdir.

1981 – ABŞ Hərbi Dəniz Qüvvələrinin Liviya sahillərində həyata keçirdiyi təlim zamanı Amerika F-14-ləri 2 Liviya Su-22 təyyarəsini vurub.

1982 – Soyuz T-7 kosmik gəmisi buraxılıb.

1991 – SSRİ-də dövlət çevrilişinə cəhd olub (QKÇP).

2002 – Çeçenistanda Mi-26 qəzasında 127 nəfər ölüb, 20 nəfər yaralanıb. Rusiya silahlı qüvvələri tarixində ən böyük təyyarə qəzası. Bu, Mi-26 hərbi nəqliyyat vertolyotunun İqla portativ zenit-raket sistemindən vurulması ilə baş verib. Qurbanların sayını artıran başqa bir səbəb isə vertolyotun həddindən artıq yüklənməsi və vurulduqdan sonra mina sahəsinə düşməsi olub.

2004 – Google səhmlərini birjada satmağa başlayıb.


Bayramlar və xüsusi günlər

  • Dünya Humanitar Günü.
  • Dünya Fotoqrafiya Günü.
  • Əfqanıstanın Müstəqillik Günü.
  • Vyetnamda Avqust İnqilabı Günü.

Doğumlar

232 – Markus Annius Florian, Roma İmperatoru (276-cı ildə) (ö. 276).

1631 – Con Drayden, İngilis şair, dramaturq, tənqidçi (ö. 1700).

1646 – Con Flemstid, İngilis astronomu, Qrinviç Rəsədxanasının ilk direktoru (ö. 1719).

1689 – Samuel Riçardson, ingilis yazıçısı (ö. 1761).

1753 – Qraf Matvey Platov, rus süvari generalı, Don Kazakları ordusunun başçısı (ö. 1818).

1768 – İohan Vilhelm Hosfeld, Alman meşəçi, riyaziyyatçı və müəllim (ö. 1837).

1808 – Ceyms Nesmit, buxar çəkicinin ixtiraçısı (1839) (ö. 1890).

1830 – Yulius Lotar Meyer, alman kimyaçısı (ö. 1895).

1871 – Orvill Rayt, amerikalı aviasiya konstruktoru (ö. 1948).

1881 – George Enescu, rumın bəstəkar, musiqiçi və dirijor (ö. 1955).

1883 – Gabrielle "Coco" Chanel, fransız modelyer, trend tərtibatçısı (ö. 1971).

1912 – Mirvarid Dilbazi, Xalq şairi (ö. 2001)

1941 – Camal Yusifzadə, Azərbaycan şairi.

1946 – Bill Klinton, ABŞ-ın 42-ci prezidenti (1993—2001).

1973 – Bəxtiyar Məmmədov, Əməkdar jurnalist.