17 avqust

Dünyada olan hadisələr

1502 – Xristofor Kolumb Hondurası İspaniyanın mülkiyyəti elan edib.

1771 – İngilis alimi Cozef Pristli fotosintezi kəşf eib.

1787 – Budapeştdə yəhudilərin dua üçün bir araya gəlməsinə icazə verilib.

1812  – İmperator I Aleksandr Mixail Kutuzovu bütün Rusiya ordu və milislərinin baş komandanı təyin edib.

1892 – Rusiya ilə Fransa arasında gizli hərbi konvensiyanın bağlanıb.

1896 – Bridcet Driskoll tarixdə avtomobil qəzasının ilk qurbanı olub.

1907 – II Abdülhamid motosiklet və avtomobil kimi müasir maye yanacaqlı nəqliyyat vasitələrinin idxalına icazə verib.

1913 – Ontario Təhsil Departamenti (Kanada) məktəblərdə fransız dilinin əsas dil olaraq istifadəsini qadağan edib.

1915 – Çanaqqala Kireçtepe döyüşündə türklər qalib gəlib.

1928 – Moskvada "Dinamo" stadionu açılıb.

1933 – Maye yanacaqlı ilk sovet raketi sınaqdan keçirilib.

1934 – SSRİ Yazıçıları Birinci Ümumittifaq Konqresi işinə başlayıb.

1942 – II Dünya Müharibəsi: alman sualtı gəmisi U-209 Matveyev adası yaxınlığında silahsız gəmilərdən ibarət karvanı məhv edib.

1943 – II Dünya Müharibəsi: ABŞ və Böyük Britaniya təyyarələri Şvaynfurt və Reqensburqa şəhərlərinə hava hücumu edib.

1945 – İndoneziya Hollandiyadan müstəqilliyini elan edib.

1950 – İndoneziya Birləşmiş Ştatları Respublikası unitar dövlətə – İndoneziya Respublikasına çevrilib.

1960 – Qabon Fransadan müstəqilliyini elan edib.

1963 – Yaponiyada Okinava yaxınlığında bir neçə uzaq adanı birləşdirən bərə batıb və 112 nəfər ölüb.

1964 – Brus Lee Linda Lee Kedvell ilə evlənib.

1965 – Vyetnam Müharibəsi: Vantıong yarımadasında ABŞ-ın Vyetnamdakı ilk böyük quru əməliyyatı olan “Starlite” Əməliyyatı başlayıb.

1967 – Amerikalı boksçu Məhəmməd Əli müsəlman qadınla evlənərək İslamı qəbul etdiyini təsdiq edib.

1969 – Kamilla qasırğası Missisipi ştatını keçərək 248 adamı öldürüb.

1970 – Venera proqramı: Veneranın səthindən məlumatları uğurla ötürən ilk kosmik aparat olan Venera-7 kosmik gəmisinin buraxılışı olub.

1978 – İranda şah rejiminə qarşı vətəndaş müharibəsi başlayıb.

1978 – F-16 qırıcısı təyyarələri ABŞ Hərbi Hava Qüvvələri tərəfindən silahlanmaya qəbul edilib.

1983 – “Air Frans”-ın Tehrandakı nümayəndəsi öz maşınında ermənilər tərəfdən avtomat silahdan atəşə tutulub.

1988 – Pakistan generalı, 1978-1988-ci illərdə ölkəni hərbi rejimlə idarə etmiş Ziya-ül-Hak sui-qəsd nəticəsində öldürülüb.

1992 – Cənubi Afrika İnkişaf Birliyi yaradılıb.

1996 – Efiopiyada somalili müsəlmanlara qarşı qətliam tərədilib, 232 müsəlman öldürülüb.

1996 – Rusiya ilə Çeçenistan arasında rəsmi olaraq atəşkəs müqaviləsi imzalanıb.

1998 – Rusiya Federasiyası hökuməti defolt elan etib. Rusiya Federasiyasında iqtisadi böhranın başlanğıcı.

1999 – Türkiyədə 18373 nəfərin ölümü ilə nəticələnən, 7,8 bal gücündə zəlzələ baş verib.


Bayramlar və xüsusi günlər

  • Qabonun Müstəqillik Günü.
  • İndoneziyanın Müstəqillik Günü.
  • Sloveniyada Prekmurye slovenlərinin Sloveniyaya yenidən birləşmə günü.

Doğumlar

1601 – Pyer Ferma, fransız riyaziyyatçısı, analitik həndəsə və ədədlər nəzəriyyəsinin yaradıcısı (ö. 1665).

1887 – I Karl, Avstriya-Macarıstanın son imperatoru (1916-1918) (ö. 1922).

1887 – Adrian Fokker, hollandiyalı fizik (ö. 1972).

1890 – Harry Hopkins, Amerika dövlət xadimi, Prezident Franklin Ruzveltin ən yaxın müşaviri (ö. 1946).

1911 – Mixail Botvinnik, sovet şahmatçısı, 6-cı dünya çempionu (ö. 1995).

1922 – Oleq Korotsev, sovet və rus astronomu, hərbi tarix və təbiət elmləri mövzusunda kitabların müəllifi (ö. 2011).

1942 – Müslüm Maqomayev, Sovet, Azərbaycan və Rusiya opera və estrada müğənnisi (bariton), SSRİ xalq artisti (ö. 2008).

1943 – İlham Quliyeva, azərbaycanlı müğənni, Azərbaycanın xalq artisti (ö. 2016).

1943 – Robert De Niro, amerikalı kinoaktyor, rejissor, prodüser, Oskar və Qızıl Qlobus mükafatçısı.

1952 – Qilyermo Vilas, argentinalı tennisçi, 4 dəfə Böyük Dəbilqə qalibi.

1952 – Nelson Pike, Braziliyalı yarış sürücüsü, üç dəfə Formula-1 çempionu.

1970 – Jim Courier, amerikalı tennisçi, 4 dəfə Böyük Dəbilqə qalibi.

1974 – Larisa Chernikova, rus müğənnisi (Lone Wolf, Rain Music, Gülməyin və s.).

1977 – Thierry Henry, Fransız futbolçu, dünya çempionu (1998).