16 oktyabr

Azərbaycanda olan hadisələr

1830 – Zaqatalada Rusiya işğalına qarşı 21 iyunda başlayan üsyan yatırılıb.

1921 – Azərbaycan SSR Dövlət Bankı təsis edilib.

1951 – Tofiq Bəhramov adına Respublika Stadionu istifadəyə verilib.

1992 – 91 nəfər tanınmış Azərbaycan ziyalısı Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edib. Ziyalılar Yeni Azərbaycan Partiyasının yaradılması ideyasına münasibət bildirməyi və bu partiyaya rəhbərlik etməyi xahiş edirlər.

2004 – Bakı-Tiflis-Ceyhan boru kəmərinin Azərbaycan və Gürcüstan ərazilərindən keçən hissələri təntənəli mərasimlə birləşdirilib.

2006 – GUAM Parlament Assambleyasına rəhbərlik Azərbaycana keçib.

2007 – Tehranda Xəzəryanı ölkələrin dövlət başçılarının ikinci zirvə toplantısı keçirilib.

2020 – Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri erməni işğalından azad edilib.


Dünyada olan hadisələr

1529 – I Süleymanın rəhbərlik etdiyi Osmanlı Ordusu Vyananın mühasirəsini qaldırıb.

1555 – İngiltərə Kraliçası Mariya I Tudorun əmri ilə London və Worcester protestant yepiskopları tonqalda yandırılıb.

1604 – Osmanlı ordusu Budinin şimalında yerləşən Vaç qalasını ələ keçirib.

1618 – Tarixə Moqilev üsyanı adı ilə daxil olan kilsə birliyinin zorla tətbiq edilməsinə qarşı Moqilev şəhər (Belorusiya) əhalisinin üsyanı olub.

1793 – Fransa Kralı XVI Lüdovikin dul qalmış həyat yoldaşı (kral XVII Lüdovikin anası) Mariya Antuanetta edam edilib.

1813 – Fransa, Reyn Birliyi, Polşa, Avstriya, Prussiya, Rusiya və İsveç qoşunlarının qatıldığı Leyspiq yaxınlığında (19 oktyabra qədər davam edən) "Millətlər Döyüşü" başlayıb. Döyüş Napoleon ordusunun sarsıdıcı məğlubiyyəti ilə başa çatıb.

1840 – Yeni Zelandiya Britaniya müstəmləkəsi elan edilib.

1847 – Şarlotta Brontenin “Ceyn Eyr” romanı ilk dəfə Londonda nəşr olunub.

1853 – Türkiyə Rusiyaya müharibə elan edib.

1907 – Almaniya ilə Rusiya arasında gizli Peterburq protokolu imzalanıb.

1923 – “The Walt Disney Company” qurulub.

1924 – Topqapı muzeyi açılıb.

1927 – SSRİ tədricən 7 saatlıq iş gününə keçid elan edib.

1929 – Tacikistan SSR yaradılıb.

1941 – Sovet qoşunları Odessanı tərk edib.

1946 – Nürnberg Məhkəməsinin hökmü ilə nasist cinayətkarlar Ribbentrop, Keitel, Kaltenbrunner, Rosenberg, Frank, Frick, Streicher, Sauckel, Jodl və Seyss -Inquart Nürnberq həbsxanasının binasında edam ediliblər.

1949 – Yunanıstanda Vətəndaş Müharibəsi başa çatıb.

1951 – Pakistanın ilk baş naziri Liaquat Ali Xan Ravalpindi şəhərində öldürülüb.

1964 – Çin ilk nüvə sınağını keçirib.

1968 – SSRİ və Çexoslovakiya hökumətləri arasında Sovet qoşunlarının Çexoslovakiya ərazisində müvəqqəti qalmasının şərtləri haqqında müqavilə imzalanıb.

1970 – Ənvər Sadat Misir prezidenti seçilib.

1978 – Tarixdə ilk slavyan, 1523-cü ildən bəri romalı olmayan ilk şəxs – polyak Karol Volytila (İkinci İohan Pavel) Roma papası seçilib.

1982 – ABŞ dövlət katibi J.Şults İsrailin BMT-dən çıxarılacağı təqdirdə Amerikanın da BMT-dən çıxacağını bildirib.

1990 – SSRİ lideri Mixail Qorbaçov "bazar iqtisadiyyatına keçid" haqqında qərar verib.

1990 – Koryak Muxtar Dairəsi (Rusiya, Uzaq Şərq) özünü respublika elan edib.

1992 – Türkiyə silahlı qüvvələri İraqa daxil olub.

2002 – Amerika Birləşmiş Ştatları prezidenti Corc Buş ABŞ Konqresi tərəfindən İraqa qarşı müharibəyə icazə verən qərarı imzalayıb.


Bayramlar və xüsusi günlər

  • Ümumdünya Ərzaq Günü.
  • Ümumdünya Anestezioloq Günü.

Doğumlar

1758 – Noah Webster, amerikalı filoloq, Amerika İngilis Dili Sözlüyünün tərtibçisi (ö. 1843).

1841 – İto Hirobumi, yapon siyasətçi və dövlət xadimi, Yaponiyanın ilk baş naziri (ö. 1909).

1854 – Oskar Uayld, irlandiyalı şair, dramaturq, roman yazıçısı (ö. 1900).

1855 – Səməd bəy Mehmandarov, Rusiya imperator ordusunun ordenlərlə təltif olunmuş tam artilleriya general-leytenantı, ADR və SSRİ-nin görkəmli hərbi xadimi (ö. 1931).

1886 – David Ben-Qurion, sionist hərəkatın liderlərindən və müasir İsrailin qurucularından biri, İsrailin Baş naziri (1948-1953, 1955-1963) (ö. 1973).

1908 – Ənvər Xoca, Albaniyanın kommunist lideri (ö. 1985).

1919 – Məhəmməd Rza Pəhləvi, sonuncu İran şahı (ö. 1980).

1923 – Gülhüseyn Hüseynoğlu, azərbaycanlı yazıçı, nasir, ədəbiyyatşünas, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor (1988), Azərbaycanın Xalq yazıçısı (2005). Azərbaycanın müstəqilliyini əldə etmək üçün 1942-ci ildə qurulan antisovet "İldırım" təşkilatının qurucularından biri (ö. 2013).

1927 – Günter Qrass, alman yazıçısı (ö. 2015).

1949 – İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti (2013), filologiya elmləri doktoru (1996), professor (1997), Azərbaycan Respublikasının əməkdar elm xadimi (1999), AMEA-nın həqiqi üzvü (2003).

1970 – Andrey Tixonov, rusiyalı futbolçu və məşqçi.

1980 – Sue Bird, amerikalı basketbolçu, 4 qat Olimpiya çempionu, 4 qat dünya çempionu.

1997 – Naomi Osaka, yapon tennisçi, dünyanın keçmiş ilk raketkarı, 4 Böyük Dəbilqənin qalibi.