15 yanvar

Azərbaycanda olan hadisələr

1990 – Dağlıq Qarabağda fövqəladə vəziyyət tətbiq edilib.

1992 – Avstriya Azərbaycanın müstəqilliyini tanıyıb.

1997 – Azərbaycan və Kosta-Rika arasında diplomatik əlaqələr qurulub.


Dünyada olan hadisələr

1208 – Papa III İnnokentinin Albigensian Səlib yürüşünün elanına səbəb olan papa legatı Pierre de Castelnau-nun öldürülməsi hadisəsi baş verib.

1797 – Birinci Koalisiyanın Müharibəsi: Fransız qoşunları Rivoli döyüşündə avstriyalıları məğlub edib.

1826 – Fransanın “Le Figaro” qəzetinin ilk nömrəsi işıq üzü görüb.

1870 – ABŞ-da Demokratik Partiyasını eşşək simvolu ilə təsvir edən ilk siyasi karikatura nəşr olunub.

1881 – Sakit okean müharibəsi zamanı Miraflores döyüşü baş verib.

1892 – James Naismith ilk dəfə məktəb qəzetində basketbol qaydalarını dərc edib.

1915 – 10 minlərlə türk əsgərinin şəhid olduğu Sarıkamış əməliyyatı başa çatıb.

1925 – SSRİ-də ilk həvəskar qısadalğalı radiostansiya Nijni Novqorodda efirə çıxıb.

1943 – Pentaqonun binasının tikintisi başa çatıb.

1945 – Müttəfiq dövlətlərin gəmilərin İstanbul boğazından keçməsinə icazə verilib.

1952 – ABŞ Türkiyənin Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) daxil olmasını ratifikasiya edib.

1957 – Misir hökuməti ölkədəki bütün Britaniya və Fransa banklarının milliləşdiriləcəyini elan edib.

1973 – Vyetnam Müharibəsi: Paris sülh danışıqlarındakı irəliləyiş səbəbindən ABŞ ordusu Şimali Vyetnama qarşı bütün hərbi əməliyyatları dayandırıb.

1992 – Aİ Sloveniya və Xorvatiyanın müstəqilliyini tanıyıb.

2001 – Sərbəst şəkildə yayılan məzmunlu viki-ensiklopediya olan Wikipedia-nın internet saytı fəaliyyətə başlayıb.

2005 – Fələstin lideri Yasir Ərəfat 2004-cü il noyabrın 11-də vəfat etdikdən sonra 9 yanvarda prezident seçilən Mahmud Abbas and içib. Əhməd Qureyni baş nazir təyin edən Abbas İsraillə qarşılıqlı atəşkəs və yekun sülh razılaşması əldə etməyə çağırıb.

2007 – İraqın edam edilmiş lideri Səddam Hüseynin ögey qardaşı Bərzan İbrahim əl-Tikriti və İraq İnqilab Məhkəməsinin keçmiş sədri Avad Həmid əl-Bender asılaraq edam edilib və Tikritin Avca kəndində Səddam Hüseynin yanında dəfn edilib.

2011 – Cənubi Sudanda müstəqillik referendumu başa çatıb.

2020 – Rusiyada Medvedevin ikinci hökuməti istefa verib. Mixail Mişustin yeni baş nazir təyin edilib.

2021 – Rusiya Açıq Səma Müqaviləsindən çıxıb.


Doğumlar

1795 – Aleksandr Qriboyedov, rus diplomatı, şair, dramaturq, pianoçu və bəstəkar (ö. 1829).

1842 – Josef Breuer, Avstriyalı həkim, psixoanalizin banilərindən biri Ziqmund Freydin müəllimi (ö. 1925).

1850 – Sofiya Kovalevskaya, rus riyaziyyatçısı, publisist, yazıçı (ö. 1891).

1895 – Artturi İlmari Virtanen, fin biokimyaçısı, kimya üzrə Nobel mükafatı (1945) (ö. 1973).

1902 – Nazim Hikmət, türk şair, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı (1950) və türk inqilabi poeziyasının banisi (ö. 1963).

1908 – Edvard Teller, amerikalı nəzəri fizik, "hidrogen bombasının atası" (ö. 2003).

1918 – Camal Əbdül Nasir, Misirin ikinci prezidenti (1956-1970), Sovet İttifaqı Qəhrəmanı (ö. 1970).

1929 – Martin Lüter Kinq, amerikalı din xadimi, qaradərili amerikalıların vətəndaş hüquqları uğrunda mübarizənin lideri (1968-ci ildə öldürülüb).

1965 – Bernard Hopkins, amerikalı peşəkar boksçu və keçmiş dünya çempionu.