10 avqust

Azərbaycanda olan hadisələr

1920 – Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan SSR-in rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarmışdır.

1990 – Erməni terrorçu dəstələrinin Tbilisi-Ağdam marşrutu ilə işləyən sərnişin avtobusunu partlatması nəticəsində 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır.


Dünyada olan hadisələr

E.ə. 612 – Asuriya kralı Sinşariskun öldürülmüş, Ninova şəhəri yerlə bir edilmişdir.

E.ə. 422 – Süleyman peyğəmbər tərəfindən inşa olunmuş məbəd babil çarı Navuxodonosor tərəfindən yandırılmışdır.

258 – Romada Müqəddəs Lavrenti odda yandırılmışdır.

833 – Xəlifə Məmununun ölümündən sonra qardaşı Xəlifə Mötəsim özünü yeni Xəlifə elan etmişdir.

955 – Alman kralı I Otto, Lech çayı üzərində gedən döyüşdə macarları məğlub etmişdir.

1498 – İngiltərə kralı Kanadanı kəşf etdiyinə götə tədqiqatçı Con Kabota 10 funt sterlinq mükafat vermişdir.

1500 – Kabral Hindistana gedən zaman fırtınada donanmasını itirmiş, nəticədə portuqaliyalı dənizçi Diogo Dias Madaqaskar adasını kəşf etmişdir.

1512 – Fransız və İngilis donanmaları arasındakı Cambrai Liqası Müharibəsi zamanı Saint -Mathieu Döyüşü baş vermişdir.

1519 – Ferdinand Magellan beş gəmisi ilə dünyanın ətrafında gəzmək üçün Seviliyadan yola düşmüşdür.

1524 – Moskvada Novodeviçi qadın monastrı yaradılmışdır.

1535 – Tədqiqatçı Jacques Cartier Kanadada araşdırdığı çay və körfəzə Müqəddəs Lourensin adını vermişdir.

1539 – Fransa Kralı I Francis ölkədə dövlət dilini tətbiq etmişdir: bütün rəsmi sənədlərin Latın dilində deyil, Fransız dilində tərtib edilməsini əmr etmişdir.

1543 – Osmanlı Ordusu Macarıstanın paytaxrı Buxapeşt yaxınlığındakı Estergon qalasını fəth etmişdir.

1557 – İtalyan Müharibəsi (1551-1559): Saint-Quentin Döyüşü baş vermişdir. Emmanuel Philibert Savoyskinin komandanlığı altında olan İspan ordusu Fransız qoşunları üzərində həlledici qələbə qazanmışdır.

1675 – İngiltərə II Kralı Çarlz Qrinviçdəki Kral Rəsədxanasının təməl daşını qoymuşdur.

1678 – Fransa Krallığı və Birləşmiş Əyalətlər Respublikası, Nijmegen şəhərində altı ildən çox davam edən Hollandiya müharibəsinə son qoyan sülh müqavilələrindən birincisini imzalamışlar.

1755 – Kanadanın indi Yeni Şotlandiya adlandırılan, əvvəllər isə Akadia adlanan əyalətindən minlərlə qaçqının ölümü ilə nəticələnən deportasiya dalğası başlamışdır. İngilis hakimiyyəti tərəfindən həyata keçirilən Akadia sakinlərinin kütləvi şəkildə çıxarılması bu ərazinin ento-linqvistik mənzərəsini əhəmiyyətli dərəcədə dəyişdimişdir.

1792 – Böyük Fransa İnqilabı baş vermişdir. Qiyam zamanı Tüiliri Sarayına basqın olmuş, XVI Lüdovik (Louis XVI de France) həbs edilmişdir.

1809 – Ekvador İspaniya müstəmləkəsindən çıxaraq müstəqilliyini elan etmişdir. Əsl müstəqillik isə yalnız 1822-ci ildə əldə edilmişdir.

1821 – Missuri ABŞ-ın 24-cü ştatı olmuşdur.

1833 – Çikaqonun əsası qoyulmuşdur. O zamanlar Çikaqo şəhər deyildi, Uindi-City adlanan, iki yüz nəfərdən az əhalisi olan bir kənd idi.

1846 – İngilis kimyaçısı və mineroloqu James Smitsonun vəsiyyəti və pulu ilə ABŞ-da ilk elmi-tədqiqat qurumu Smitson İnstitutu açılmışdır. Bu barədə qərar hələ 1838-ci ildə Konqres tərəfindən verilmişdi, lakin bütün 6 il ərzində Amerika üçün belə bir quruma ehtiyac olub-olmadığı barədə mübahisələr və müzakirələr getmişdir.

1876 – Osmanlı sultanı Sultan V Murat zehni tarazlığını itirdiyi üçün taxtdan salınmışdır.

1876 – Dünyanın ilk dəfə şəhərlərarası telefon əlaqəsi Ontarioda (Kanada) qurulmuşdur. Zəng edilən şəhərlə Ontario şəhəri arasındakı məsafə 13 km idi.

1893 – Rudolf Dizelin ilk dizel maşını istifadəyə verilmişdir.

1897 – Alman kimyaçısı Feliks Hoffmann tibbdə istifadə üçün uyğun olan kimyəvi cəhətdən təmiz asetilsalisil turşusunu sintez etmişdir.

1904 – Rusiya İmperiyası və Yapon hərbi gəmiləri arasında Sarı dəniz döyüşü başlamışdır.

1913 – Bolqarıstan, Rumıniya, Serbiya, Çernoqoriya (Monteneqro) və Yunanıstan arasında imzalanmış Buxarest Sülh Müqaviləsi ilə İkinci Balkan müharibəsi sona çatmışdır.

1915 – Anafartalar Zəfəri və Conk Bayırı döyüşü: Polkovnik Mustafa Kamalın komandanlığı altında olan Türk əsgərlərinin hücumu ilə İngilis və Anzak qüvvələrinin geri çəkilməsi təmin edilmişdir.

1920 – Birinci Dünya Müharibəsi: Osmanlı sultanı VI Mehmedin nümayəndələri, Osmanlı İmperatorluğunun Antanta Gücləri arasında bölünməsini nəzərdə tutan Sevr müqaviləsini imzaladılar.

1920 – Sevr Müqaviləsinin müddəalarına uyğun olaraq Anadolu və Rumeli torpaqları Antanta Gücləri tərəfindən paylaşılmağa başlandı.

1945 – Yaponiya təslim oldu və İkinci Dünya Müharibəsi Sakit okeanda başa çatdı.

1949 – ABŞ-ın müdafiə nazirliyi – Pentaqon yaradılmışdır.

1951 – Türkiyə Dənizçilik Bankı Təsis Qanunu qəbul edilmişdir. 500 milyon sərmayəsi olan bankın 1 mart 1952-ci ildə fəaliyyətə başlayacağı açıqlanmışdır.

1982 – Erməni əsilli türk vətəndaşı Artin Penik ASALA terror təşkilatının Esenboğa hava limanında təşkil etdiyini terrora etiraz olaraq Taksim Meydanında özünü yandıraraq intihar etmişdir.

1985 – Çajma körfəzində Sovet İttifaqının Sakit Okean Donanmasının sualtı atom gəmisinin nüvə reaktorunda yüzlərlə insanın radiasiyaya məruz qaldığı, 11 nəfərin ölümü ilə nəticələnən radiasiya qəza baş vermişdir.

1990 – Şri-Lankanın şimal-şərqində 127 müsəlman yarı hərbi birləşmələr tərəfindən qətlə yetirilmişdir.

1990 – Magellan kosmik zondu Veneraya çatmışdır.

1993 – Yeni Zelandiyanın Cənub adasında 7.0 bal gücündə zəlzələ baş vermişdir.

1994 – Türkiyənin ilk peyki olan Türksat 1B Fransız Qvianasındakı Kourou Bazasından buraxılmışdır. Beləliklə, Türkiyə kosmosda peykləri olan 18 ölkədən biri olmuşdur.

1997 – Cənubi Afrika Respublikası insan haqlarının pozulması və Kipr problemini əsas gətirərək Türkiyəyə hərbi helikopter satışını dayandırmışdır.

2000 – Dünya üzərində əhalinin sayı 6 milyard olmuşdur.

2003 – Yuri İvanoviç Malençenko kosmosda evlənən ilk şəxs olmuşdur.

2004 – Habl teleskopu Bizim Qalaktikaya (G Qalaktikası) çox oxşayan, təxminən 50 milyon işıq ili məsafədə yerləşən spiralvari NGC3949 qalaktikasını kəşf etmişdir. Teleskop NGC3949 qalaktikasında Supernovanın partlayışını qeyd edən zaman öz videomüşahidə sensorlarından birini itirmişdir.

2014 – 12-ci Türkiyə prezident seçkiləri nəticəsində Rəcəb Tayyib Ərdoğan Prezident seçilmişdir.


Bayramlar və xüsusi günlər

  • Ekvadorun Müstəqillik Günü.

Doğumlar

787 – Albumasar, fars riyaziyyatçısı, astronomu və astroloqu (ö. 886).

1267 – II Jaime, Araqon kralı (1291-1327) və Siciliya kralı (1285-1291) (ö. 1327).

1397 – II Albert, Müqəddəs Roma İmperatoru (1438-1439) (ö. 1439).

1602 – Gilles de Roberval, fransız riyaziyyatçı (ö. 1675).

1702-Stepan Apraksin, rus feldmarşalı, Yeddi İllik Müharibənin ilkin mərhələsində (1756-1757) rus ordusunun baş komandanı (ö. 1758).

1709 – Johann Georg Gmelin, Rus xidmətində alman təbiətşünas, həkim, botanik, etnoqraf, səyyah (ö. 1755).

1729 – William Howe, İngilis generalı, Kvebekin fəthi, Şimali Amerika koloniyalarına qarşı müharibədə İngilis qüvvələrinin komandiri (ö. 1814).

1737 – Anton Losenko, rus rəssamı, rus tarixi rəssamlığının banisi (ö. 1773).

1782 – Visente Qerrero, Meksika Qurtuluş Savaşında üsyançıların lideri (1831-ci ildə öldürülüb).

1810 – Kamillo Kavur, İtaliya hökumətinin ilk başçısı (1861), Sardiniya Krallığının baş naziri (1852-1861) (ö. 1861),.

1839 – Alexander Stoletov, rus fiziki (ö. 1896).

1845 – Abay Kunanbayev, qazax şair-maarifçisi, qazax klassik ədəbiyyatının banisi (ö. 1904).

1874 – Herbert Hoover, ABŞ-ın 31-ci Prezidenti (1929-1933) (ö. 1964).

1874 – Antanas Smetona, Litva Prezidenti (1919-1920 və 1926-1940) (ö. 1944).

1877 – Frank James Marshall, amerikalı şahmatçı, şahmat nəzəriyyəçisi (ö. 1944).

1895 – General Cəmşid Naxçıvanski, məşhur Naxçıvan xanları sülaləsinin axırıncı – altıncı generalı, görkəmli hərbi xadim (ö. 1938).

1902 – Arne Tiselius, İsveç biokimyaçısı, Nobel mükafatı laureatı (1948) (ö. 1971).

1913 – Wolfgang Paul, alman fiziki, Nobel mükafatı laureatı (1989) (ö. 1993).

1928 – Eddie Fisher, Amerikalı pop müğənni və aktyor (ö. 2010).

1934 – Tevfik Kış, türk güləşçisi, Avropa, Dünya və Olimpia çempionu.

1949 – Qəndab Quliyeva, Azərbaycan xanəndəsi.

1959 – Rozanna Arkett, amerikalı aktrisa.

1960 – Antonio Banderas, İspan və Amerikalı aktyor, rejissor, prodüser və müğənni.

1960 – Kibariyə, türk müğənnisi.

1971 – Roy Kin, irland futbolçu.

1973 – Javier Sanetti, argentinalı futbolçu, Argentina milli komandasının keçmiş kapitanı, 1996 Olimpiadasının gümüş mükafatçısı.

1974 – Yulia Kurochkina, Dünya Gözəli yarışmasının qalibi (1992).

1975 – İlhan Mansız, Türk futbolçusu.