Azərbaycanda olan hadisələr
1588 – I Şah Abbasın tacqoyma mərasimi olub.
1827 – General Paskeviçin rəhbərliyindəki rus qoşunları İrəvan qalasını işğal edib.
1918 – Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanı fəaliyyətə başlayıb.
1919 – Naxçıvan xanı Rəhim xanın mənzilində müşavirə keçirilib.
1992 – Nyu-Yorkda BMT qərargahında Azərbaycan Respublikasının nümayəndəliyi işə başlayıb.
1996 – Azərbaycan Respublikası Qabon ilə diplomatik əlaqələr qurub.
2001 – Azərbaycan Respublikası "Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında Beynəlxalq Konvensiya"ya qoşulub.
2003 – Ulu öndər Heydər Əliyevin xalqına son müraciəti olub.
Dünyada olan hadisələr
E.ə. 331 – Makedoniyalı İsgəndərin və III Daranın qoşunları arasında baş verən həlledici Qavqamel Döyüşündən sonra Əhəmənilər İmperiyası süquta uğrayıb.
959 – Edqar bütün İngiltərənin kralı olub.
965 – XIII İoann Roma Papası seçilib.
1550 – İvan Qroznı nizami rus ordusunun əsasını qoyub.
1553 – I Mariyanın tacqoyma mərasimi keçirilib.
1730 – III Əhməd padşahlıqdan çəkilmək məcburiyyətində qalıb.
1787 – Aleksandr Suvorov komandanlığındakı rus ordusu Kinburn döyüşündə Osmanlı ordusunu məğlub edib.
1764 – Kanadada hərbi idarəçilik mülki qanunlarla əvəz edilib.
1795 – Avstriya Hollandiyası (indiki Belçika) Fransaya birləşdirilib.
1848 – "Simens" şirkətinin əsası qoyulub.
1853 – Avstriyada yəhudilərin torpaq sahibi olması qadağan edilib.
1880 – Fransanın müstəmləkəsi Konqonun paytaxtı Brazzaville şəhərinin əsası qoyulub.
1880 – Tomas Edison ilk lampa fabrikini qurub.
1881 – Fransada “Bordo” futbol klubu yaradılıb.
1887 – Bəlucistan Hindistana birləşdirilib.
1891 – ABŞ-ın Kaliforniya ştatında Stanford Universiteti açılıb.
1895 – Fransa Madaqaskarı işğal edib.
1898 – Rus çarı II Nikolay yəhudilərin böyük şəhərlərdən kənarlaşdırılması barədə əmr verib.
1905 – “Galatasaray” İdman Klubu yaradılıb.
1908 – Henri Ford, dözümlülüyü, qənaətcilliyi və münasib qiyməti (850 dollar) sayəsində XX əsrin birinci rübünün ən populyar avtomobili olan Ford Lizzie (Model T) modelini təqdim edib. 1927-ci ilə qədər bu markadan 15 milyon ədəd istehsal edilib.
1918 – Seyid Abdulla sonuncu Xivə xanı oldub (Xivə xanlığı 1515-1920-ci illər arası Mərkəzi Asiyada tarixi Xarəzm bölgəsində mövcud olmuş özbək dövlətidir).
1918 – İngilis kəşfiyyatçısı T.E.Laurensin rəhbərlik etdiyi ərəb qüvvələri Dəməşqi ələ keçirib.
1923 – Ankara Türkiyənin paytaxtı olub.
1924 – Moskvada Satira Teatrı açılıb.
1926 – Kiyev Opera və Balet Teatrı açılıb.
1928 – Sovet İttifaqı ilk "Beşillik İnkişaf Planı"nı elan edib.
1930 – Bolşeviklər Moskvada 1365-ci ildə tikilmiş Çudov Monastırını partladıblar.
1931 – Xarkov Traktor Zavodunda ilk traktor istehsal edilib.
1933 – N.N.Polikarpov tərəfindən hazırlanan İ-15 təyyarələrinin uçuş sınaqları başlayıb.
1940 – Finlandiya Almaniya ilə ittifaq müqaviləsi imzalayıb.
1946 – Nürenberq prosesi sona çatıb.
1947 – İlk poçt vertolyot xətti açılıb. Xəttə “Los-Angeles Airways” şirkətinin Sikorsky S-51 vertelyotu buraxılıb.
1949 – Çin Xalq Respublikası elan edilib.
1950 – İl-14P təyyarəsinin ilk uçuşu olub.
1951 – Türkiyədə Hərbi Hava Qüvvələri Akademiyası açılıb.
1952 – Amerikalı əsgərlər Cənubi Koreyada nümayişə çıxan əsir çinlilərə atəş açıbar: 52 nəfər öldürülüb, 140 nəfər yaralanıb.
1955 – Sintszyan-Uyğur Muxtar Rayonu yaradılıb.
1958 – NASA təsis edilib.
1960 – İlk "Zaporojets" avtomobili istehsal edilib.
1960 – Nigeriya və Kıbrıs müstəqilliklərini elan ediblər.
1962 – Hollandiya Yeni Qvineyası BMT-nin Müvəqqəti İdarəetməsinə keçib. Altı ay sonra bu ərazi İndoneziyaya verilib.
1963 – Əlcəzair prezidenti Əhməd Bin Bella ölkədə fransızlara aid bütün torpaqların milliləşdirilməsi fərmanı verib.
1967 – SSRİ Mərkəzi Televiziyası rəngli proqramlar yayımlamağa başlayıb.
1971 – Floridada dünyanın ən böyük əyləncə məkanı “Disney World” açılıb.
1977 – Pele idman karyerası ərzində 1363 oyunda 1281 qol vuraraq futboldan ayrılıb. Son oyunda Pele, 1-ci hissəni son klubu New-Yorkun “Kosmos” komandasında, 2-ci hissəsini isə karyerasına başladığı Braziliyanın “Santos” komandasında oynayıb.
1979 – Panama Kanalı zonası Panamanın yurisdiksiyasına verilib.
1982 – Helmut Kol federal Almaniyanın kansleri seçilib.
1983 – Fransanın Marsel şəhərində Beynəlxalq ticarət yarmarkasında baş vermiş partlayış nəticəsində, SSRİ, ABŞ və Əlcazairə məxsus pavilyonlara ziyan dəyib, bir nəfər həlak olub, 26 nəfər yaralanıb. Partlayışlara görə məsuliyyəti erməni terror təşkilatı olan "Orli təşkilatı" öz üzərinə götürüb.
1985 – İsrail Hərbi Hava Qüvvələri "Taxta Ayaq" əməliyyatı zamanı 100-ə yaxın adam ölüb, 1000-ə yaxın yaralanıb. Bu əməliyyatda İsrail təyyarələri Tunis ərazisində yerləşən Fələstin Azadlıq Təşkilatının qərargahını bombalayıb.
1987 – Mixail Qorbaçov Sovet İttifaqının ilk prezidenti olub.
1988 – Futbol üzrə SSRİ milli komandası braziliyalıları 2:1 hesabı ilə məğlub edərək Olimpiya çempionu olub.
1988 – Estoniya Xalq Cəbhəsi yaradılıb.
1992 – Litvada yeni valyuta litas tədavülə buraxılıb.
1992 – PKK silahlıları Bitlisin mərkəzindəki Cevizdalı kəndinə hücum edərək 10-u uşaq, 14-ü kənd mühafizəçisi olmaqla 37 nəfəri öldürüb və 20 nəfəri yaralayıb.
1992 – Türkiyə Böyük Millət Məclisində qadınların hərbi məktəblərə qəbulu ilə bağlı qanun layihəsi qəbul edilib.
1993 – Rusiyada qeydiyyat ləğv edilib.
1994 – Palau (Okeaniya) adaları müstəqil dövlət olub.
1995 – Afyonda (Türkiyə) 6,1 bal gücündə zəlzələ nəticəsində 90 nəfər ölüb, 250 nəfər yaralanıb.
1996 – BMT Təhlükəsizlik Şurası 1992-ci ildə Yuqoslaviyaya qarşı tətbiq edilən sanksiyaları ləğv edib.
1998 – Türkiyə dövlət məmurları (Quru Qoşunları Komandanı General Atilla Ateş, daha sonra Baş nazir Mesut Yılmaz və son olaraq Prezident Süleyman Dəmirəl) PKK-ya dəstək verdiyi üçün Suriyaya sərt xəbərdarlıqlar ediblər.
1999 – İkinci Çeçenistan müharibəsi başlayıb.
2017 – Kataloniyanın müstəqilliyi ilə bağlı referendum keçirilib.
2017 – Las-Veqasda (ABŞ) atışma zamanı 59 nəfər öldürülüb.
Bayramlar və xüsusi günlər
- Azərbaycanda Prokurorluq İşçilərinin Peşə Bayramı.
- Beynəlxalq Qəhvə Günü.
- Beynəlxalq Ahıllar Günü.
- Beynəlxalq Musiqi Günü.
- Ümumdünya Vegetarian Günü.
- Kamerunun Birləşmə Günü.
- Kiprin Müstəqillik Günü.
- Çin Xalq Respublikasının yaranma günü.
- Nigeriyanın Müstəqillik Günü.
Doğumlar
1207 – III Henri, İngiltərə kralı (1216-1272) (ö. 1272).
1754 – I Pvel, Rusiya imperatoru (1796-1801) (1801-ci ildə öldürülüb).
1881 – Uilliam Boeing, Amerikalı təyyarə konstruktoru, Boeing şirkətinin qurucusu (ö. 1956).
1924 – Cimmi Karter, ABŞ-ın 39-cu prezidenti.
1931 – Əkbər Fərzəliyev, Azərbaycan kino aktyoru, hüquqşünas.
1942 – Lev Əsgərov, Azərbaycan nasiri, publisisti.
1948 – Vaqif Bayatlı Odər, Azərbaycan şairi, tərcüməçisi.
1949 – Almaz Mustafayeva, Azərbaycan aktrisası.
1950 – İmamverdi Əliyev, Azərbaycanın Milli Qəhrəmanı.
1953 – Rafiq Babayev, Azərbaycan nasiri.
1956 – Tereza Mey, ingilis siyasətçi, Böyük Britaniyanın 76-cı Baş naziri (2016-2019).
1958 – Adil Əsədov, Azərbaycan fəlsəfə elmləri doktoru.
1960 – Mənsum İbrahimov, Azərbaycan xanəndəsi.
1969 – Kazım Məmmədov, Azərbaycanın Milli Qəhrəmanı.
1980 – Elnarə Xəlilova, Azərbaycan müğənnisi və aktrisası.
1981 – Rəşad Abdullayev, azərbaycanlı futbolçu.