1 dekabr

Azərbaycanda olan hadisələr

1920 – Azərbaycanın Zəngəzur mahalının böyük hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verilib.

1994 – Azərbaycan Respublikası Anqola ilə diplomatik əlaqələr qurmuşdur.

1998 – MTN-in Akademiyası yaradılıb.

2020 – Laçın rayonundan erməni qoşunları çıxıb və rayon Azərbaycanın nəzarətinə keçib.


Dünyada olan hadisələr

1402 – Topal Teymur, Rodos cəngavərlərinin 57 il hökm sürdüyü İzmiri mühasirəyə alıb.

1420 – İngiltərə kralı V Henri Parisə daxil olub.

1774 – Birinci Kontinental Konqresin təşəbbüsü ilə Böyük Britaniyanın Şimali Amerika koloniyaları ilə metropol arasında ticarət boykotu qüvvəyə minib.

1824 – Amerika Birləşmiş Ştatlarınında prezident seçkiləri: Seçkilərdə heç bir namizəd ümumi seçici səslərinin əksəriyyətini almadığından, Birləşmiş Ştatların Nümayəndələr Palatasına Birləşmiş Ştatların Konstitusiyasına On İkinci Düzəliş əsasında qalibi müəyyən etmək tapşırılıb.

1828 – Argentina generalı Xuan Lavalle dekabrist inqilabına start verərək qubernator Manuel Dorreqoya qarşı kampaniya başlayıb.

1834 – Cape koloniyasında quldarlıq 1833-cü ildə qəbul edilmiş Köləliyin ləğvi Aktı ilə qaldırılıb.

1865 – ABŞ-ın cənubundakı ilk (tarixi) qaradərili universitet olan Şou Universiteti Şimali Karolina ştatının Raleigh şəhərində qurulub.

1887 – Şerlok Holms haqqında ilk kitab olan "Qırmızı tonlarda araşdırma" hekayəsi nəşr olunub.

1891 – Ceyms Neysmit basketbol oyununu icad edib.

1900 – Nikaraqua hökuməti kanal hüquqlarını ABŞ hökumətinə 5 milyon dollara satıb. Kanal müqaviləsi 1901-ci ilin martında uğursuz olub. Böyük Britaniya düzəliş edilmiş müqaviləni rədd edib.

1906 – Parisdə dünyanın ilk kinoteatrı açılıb.

1913 – Ford Motor şirkətinin zavodlarında ilk dəfə ilk konveyer xətti qurulub.

1918 – İslandiya Danimarka krallığı tərkibində suveren dövlət olub.

1924 – Estoniyada Birinci Dekabr üsyanı başlayıb.

1928 – Türkiyədə yeni əlifbanın tətbiqinə başlanılıb. Qəzetlər, jurnallar, lövhələr və elanlar yeni hərflərlə çap olunmağa başlanılıb.

1933 – Moskvada A.M.Qorki adına Ədəbiyyat İnstitutunun rəsmi açılışı olub.

1934 – Leninqradda inqilabçı, sovet dövlət və siyasi xadimi Sergey Mironoviç Kirov qətlə yetirilib. Kirovun qətli SSRİ-də kütləvi repressiyaların başlanmasına səbəb olub.

1940 – İkinci Dünya Müharibəsi ilə əlaqədar Türkiyədə gecə saatlarında işıqların kəsilməsinə başlanılıb.

1941 – İkinci Dünya Müharibəsi: Yaponiya İmperatoru Hirohito ABŞ-a qarşı müharibə aparmağa son icazəni verib.

1941 – Böyük Vətən Müharibəsi: Alman qoşunları Krasnaya Polyananı işğal ediblər.

1943 – SSRİ-nin (İ.V.Stalin), ABŞ (F.D. Ruzvelt) və Böyük Britaniyanın (V.Çörçill) üç müttəfiq dövlətinin hökumət başçılarının Tehran konfransı başa çatıb.

1945 – Qadınların Beynəlxalq Demokratik Federasiyası yaradılıb.

1950 – Türk Briqadası Koreyada Kunu-ri döyüşündə qalib gəlib.

1959 – Antarktika müqaviləsi bağlanıb, ona əsasən Antarktidadan hər hansı hərbi məqsədlər üçün istifadə qadağan edilib.

1963 – Urta-Bulak yatağında təbii qaz partlayıçı baş verib. Yanğın 3 il davam edib (1064 gün).

1971 – Saratov yaxınlığında An-24 təyyarəsinin qəzaya uğraması nəticəsində 57 nəfər həlak olub.

1974 – Vaşinqton yaxınlığında Boeing 727 təyyarəsinin qəzaya uğraması nəticəsində 92 nəfər həlak olub.

1981 – Yuqoslaviyada MD-81 təyyarəsinin Korsika adasında qəzaya uğraması nəticəsində 180 nəfər həlak olub.

1989 – Mixail Sergeyeviç Qorbaçov Vatikana səfər edən ilk Sovet lideri olub.

1990 – Fransa və Britaniya tərəfdən Avrotunel tikən tunelçilər La-Manş boğazının altında bir-birləri ilə qarşılaşıblar.

1991 – Ukraynada prezident seçkiləri və müstəqilliklə bağlı Ümumkrayna referendumu keçirilib.

1991 – Qazaxıstanda ilk ümummilli prezident seçkiləri keçirilib.

1999 – Burj Al Arab (321 metr hündürlüyü ilə dünyanın ən hündür oteli) açılıb.

2004 – Azərbaycan şairi,tərcüməçi, publisist, 1957-ci ildən AYİ-nın üzvü, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1979), Azərbaycan Əməkdar incəsənət xadimi (1984), Azərbaycan SSR dövlət mükafatı laureatı (1988), Azərbaycanın xalq şairi (1991) Məmməd Araz vəfat edib (d. 1933).

2007 – Türkiyə Böyük Millət Məclisi Türkiyə Ordusuna Şimali İraqda transsərhəd əməliyyatları keçirməyə icazə verib.

2009 – Avropa İttifaqında Lissabon müqaviləsi qüvvəyə minib.

2011 – Almazbek Atambayev Qırğızıstan prezidenti seçilib.

2019 – Wuhanda ilk koronavirus infeksiyası aşkar edilib.


Bayramlar və xüsusi günlər

  • Ümumdünya QİÇS-lə Mübarizə Günü.
  • Qazaxıstanın Qazaxıstanın ilk prezidenti günü.
  • Qaraqalpaq Dili Günü.
  • Rumıniyanın Birləşməsi Günü (Milli Gün).
  • Portuqaliyanın Müstəqillik Günü.

Doğumlar

1083 – Anna Komnina, Bizans imperatoru I Aleksey Komnenosun böyük qızı, ilk qadın tarixçilərdən biri (ö. 1153).

1612 – Şahzadə Bəyazid, Osmanlı vəliəhdi, Osmanlı padşahı I Əhmədin Mahfiruz Xədicə Sultandan doğulan oğlu (ö. 1635).

1743 – Martin Heinrich Klaproth, uran, sirkonium, titan, serium, tellur kimyəvi elementlərini, həmçinin polimorfizm fenomenini kəşf edən alman kimyaçısı (ö. 1817).

1792 – Nikolay Lobaçevski, rus riyaziyyatçısı, Lobaçevski həndəsəsinin yaradıcısı (ö. 1856).

1864 – Carsten Borchgrevink, norveçli qütb tədqiqatçısı, Antarktida sahillərinə ayaq basan ilk insan (ö. 1934).

1896 – Georgi Jukov, sovet sərkərdəsi, dörd dəfə Sovet İttifaqı Qəhrəmanı (ö. 1974).

1910 – Gennadi Kazanski, sovet kinorejissoru (filmləri: "Qoca Xottabiç", "Qar kraliçası", "Amfibiya adamı" və s.) (ö. 1983).

1912 – Minoru Yamasaki, Nyu-Yorkda 11 sentyabr 2001-ci il terror aktında məhv edilən Dünya Ticarət Mərkəzinin layihəsini hazırlayan yapon-amerikalı memar (ö. 1986).

1925 – Martin Rodbell, amerikalı biokimyaçı və endokrinoloq, fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatı (1994) (ö. 1998).

1949 – Pablo Eskobar, kolumbiyalı narkobaron (1993-cü ildə qətlə yetirilib).

1991 – Sun Yang, çinli üzgüçü, üçqat Olimpiya çempionu, 11 qat dünya çempionu.