Zirehli texnikaların ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər
Digər xəbərlər

Zirehli texnikaların ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, zirehli transportyorların (ZTR) ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ümumqoşun poliqonlarında keçirilən təlimlər zamanı bölmələrin şəxsi heyəti ZTR ekipajları ilə qarşılıqlı əlaqədə müxtəlif döyüş tapşırıqlarını uğurla icra edirlər.

Məşqlərin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının artırılması, döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə edilməsi və real döyüş şəraitində tətbiqi üzrə peşəkarlığın yüksəldilməsidir.

AZƏRTAC