Zərdabda 42min hektardan artıq əkin sahəsi suvarılır
Region

Zərdabda 42min hektardan artıq əkin sahəsi suvarılır

Aran bölgəsində artıq  suvarma  mövsümü  başlayıb .Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti  bildirir ki,Zərdab rayonunda hər il olduğu kimi, bu il də əkilən kənd təsərrüfatı bitkilərinin suvarılması davam edir. Bunun üçün Zərdab Suvarma Sistemləri İdarəsi tərəfindən meliorativ tədbirlər uğurla aparılır. Ümumilikdə idarə 42 min hektardan artıq əkin sahələrinin suvarılmasına xidmət edir. Su təminatı üçün 69 nasos stansiyasının, suvarma kanallarının, o cümlədən nov kanalların, onlar üzərindəki hidrotexniki qurğuların istismarı həyata keçirilir.  Suvarmanın daim aparılması üçün balansda olan nasos stansiyalarda mütəmadi olaraq sazlama işləri həyata keçirilir. Təmir-bərpa işləri çərçivəsində isə 300 metr dəmir beton nov kanal təmir edilib. Stasionar nasos stansiyalarda suqəbuledici borular uzadılıb.

İlin əvvəlindən bu günə kimi Zərdab Suvarma Sistemləri İdarəsi tərəfindən 150 km məsafədə kanallar lildən təmizlənib.

Nəriman CAVADOV,

“Respublika”.