Zəngilan aeroportu Belçika səfirini nə ilə təəccübləndirib?
MÜSAHİBƏLƏR

Zəngilan aeroportu Belçika səfirini nə ilə təəccübləndirib?

Biz bu regionda inkişafın əlamətlərini görməyə başlamışıq. Azərbaycan hökuməti Zəngilanda yenidənqurma və bərpa işlərinə ciddi investisiyalar yatırır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Belçika Krallığının ölkəmizdəki səfiri Mişel Pitermans söyləyib.

Səfir bildirib ki, ərazinin gələcəyi çox yaxşı olacaq: "Zəngilan Beynəlxalq Hava Limanının belə tezliklə və çox müasir üslubda tikilib istifadəyə verilməsi məni təəccübləndirdi. Azərbaycan buraya tezliklə əhalinin qayıtması üçün kənd və şəhərləri yenidən qurur, bərpa edir. Regionun planı ilə də tanış olduq. Bu ərazilərdə görüləcək işlər möhtəşəmdir".