Zəfərə həsr olunmuş hədiyyə
Digər xəbərlər

Zəfərə həsr olunmuş hədiyyə

2015-ci ildən yüksək keyfiyyətli təbii quru meyvə, çərəz, ekzotik çaylar və şirniyyat satışı üzrə fəaliyyət göstərən butiklər şəbəkəsi – “Xurcun Chain of Boutiques” Azərbaycanın milli brendidir.

“Xurcun Chain of Boutiques” brendi yaradılarkən əsas məqsəd – bu keyfiyyətli və təbii məhsulları həm ölkəmizdə, həm də xaricdə layiqincə təmsil etməkdir. 

Brendin təsisçiləri Azərbaycanın vətənpərvər, Vətənini bütün qəlbi ilə sevən Vüqar Məhərrəmov Elnur Əliyevlə birlikdə erməni yalanlarını ifşa etmək və erməni terroru haqqında dünyanı məlumatlandırmaq üçün öz Instagram, Facebook və Twitter sosial şəbəkələrində Karabakh və Karabakh.ru səhifələrini yaradıblar.

Azərbaycanın Vətən müharibəsindəki Zəfərin birinci ildönümü şərəfinə “Xurcun Chain of Boutiques” brendi Qələbəyə həsr olunmuş nəfis dizaynda hazırlanmış xüsusi hədiyyə qutularının üzərində 44 günlük müharibə zamanı işğaldan azad edilmiş bütün rayonlarımızın adları və “Karabakh is Azerbaijan” şüarı qeyd olunub.

Bəybala BƏYBALAYEV,

“Respublika”.