ZƏFƏR QƏHRƏMANLARI 
Region

ZƏFƏR QƏHRƏMANLARI 

Ağdaş Rayonu Ərəbocağı kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan İdrisov Xəyal İbrahim oğlunun, rayonun Aşağı Zeynəddin kəndində doğulub boya-başa çatmış, Vətən Müharibəsinin şəhidi Nəbiyev Yusif Elton oğlunun Ağdaş şəhərində doğulub boya-başa çatmış, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan İsmiyev Emil Elman oğlunun il mərasimi olub. Mərasimlərdə iştirak edən rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları bir dəqiqəlik sükutla şəhidlərimizi yad ediblər. Hızır mərasimlərində şəhidlərin qısa və şərəfli döyüş yollarından və vətənpərvərliklərindən əhatəli söhbət açılıb, ruhuna dualar oxunub. Şəhidlərin doğmaları və yaxınları onlara göstərilən diqqət və qayğıya görə dərin  minnətdarlıqlarını bildiriblər.

Zabit XƏLİLOV,

“Respublika”.