Zabux kənd sakini 30 il əvvəl tərk etdiyi doğma yurduna qayıtmağa hazırlaşır
Sosial həyat

Zabux kənd sakini 30 il əvvəl tərk etdiyi doğma yurduna qayıtmağa hazırlaşır

Laçın rayonunun Zabux kənd inzibati ərazisinə daxil olan Zabux sakini Elburus Əsədov 30 il əvvəl tərk etdiyi doğma yurda qayıtmağa hazırdır. Zabuxa qayıdanda birinci dizini yerə qoyub torpaqdan öpərəm deyən laçınlı ağsaqqal orada yaşamaq, ata-baba ocağını bərpa etmək istəyir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu fikirləri Zabux kəndinin sakini Elburus Əsədov söyləyib.

Elburus Əsədov deyib: "İşğal dövründə qanunsuz məskunlaşdırılmış ermənilər deyir ki, biz 30 ildir burada məskunlaşmışıq. Niyə soruşan yoxdur ki, burada 80, 100,110 il yaşayan azərbaycanlılar haradadır?!".

Tezliklə doğma yurda qayıtmağa hazırlaşan keçmiş məcburi köçkün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.

Dövlət Komitəsinin hazırladığı videoçarxlarda Laçının, Zabuxun, Susun sakinləri doğma yurda qayıdışla bağlı fikirlərini bölüşürlər.

AZƏRTAC