Yurdumuza bahar gəlib
Region

Yurdumuza bahar gəlib

GƏNCƏ

Baharın gəlişini tərənnüm edən, birlik, bərabərlik qardaşlıq bayramı olan Novruz Nizami yurdunda böyük coşqu təntənə ilə qeyd olunub.

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Gənclər İdman, Mədəniyyət Təhsil idarələrinin dəstəyi ilə Heydər Əliyev adına Meydanında "Xarıbülbül ətirli Bahar Bayramı" adlı ümumşəhər tədbiri keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Nikoloz İaşvili, hüquq-mühafizə orqanlarının, eyni zamanda idarə, müəssisə təşkilatların rəhbərləri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri şəhər sakinləri iştirak ediblər. Əvvəlcə qonaqları elimizin qədim adəti ilə əllərində şərbət olan milli geyimli qızlar qarşılayıblar. Sonra tədbir iştirakçıları "Gəncəsənət" - incəsənət, sənətkarlıq yaradıcılıq sərgisinə baxış keçiriblər. Ümumşəhər tədbirində, körpələr evi-uşaq bağçaları kollektivlərinin, Gəncə pəhləvanları, həmçinin idmançıların güləş, taekvando, bədii gimnastika şahmat üzrə nümunəvi çıxışları izlənilib. Gəncə Uşaq Evinin, Gəncə Şəhər Uşaq İncəsənət Məktəbinin "Xəmsə" nağaraçalanlar ansamblının çıxışları, həmçinin "Aşıq deyişmələri" maraqla qarşılanıb.

Hazırlanan "Novruz süfrəsi"ndə bayram təamları atributları nümayiş olunub.

Gəncə Dövlət Dram Teatrı kollektivinin Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettasının motivləri əsasında hazırladığı "Bazar meydanı" tamaşası, hər kəsin ovqatına xoş təsir bağışlayıb. Gəncə Dövlət Kukla Teatrının nəhəng kuklalarının, həmçinin Novruzun əvəzolunmaz atributları olan Keçəl Kosanın maraqlı çıxışları izlənilib. Konsert proqramında Gəncə Dövlət Filarmoniyası solistlərinin milli ruhda təqdim etdikləri mahnılar "Xəmsə" mahnı rəqs ansamblı alqışlarla qarşılanıb.

 

 Zabit XƏLİLOV,

"Respublika".

 

LERİK

Novruz bayramı ərəfəsində Lerik Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər mərkəzində bayram yarmarkası təşkil olunmuşdur. Yarmarkaya əsasən ət süd məhsulları, balıq, quş əti, yumurta, meyvə-tərəvəz, bayram çərəzləri çıxarılmışdır.

Rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikovun məlumatına görə, əziz bayramla əlaqədar əhalinin ərzaq kənd təsərrüfatı məhsulları ilə təmin olunması süni qiymət artımının qarşısının alınması məqsədilə Lerik şəhərində yarmarka fəaliyyət göstərir.

***

Birlik, bərabərlik, həmrəylik, qardaşlıq bayramı olan Novruz rayonda yüksək əhvali-ruhiyyə təmtəraqla qeyd olundu. Bayramsayağı bəzədilmiş şəhərin mərkəzi meydanında keçirilən Novruz şənliyində Lerik Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, Bakıdan respublikamızın digər bölgələrindən gələn qonaqlar, rayon ictimaiyyətinin nümayəndələri, şəhər sakinləri iştirak edirdi.

Vətən Müharibəsi Qəhrəmanı, şəhid Amid Heydərovun atası Rəbbil Heydərov ağsaqqal ziyalı Hidayət Bəşirov bayram tonqalını alovlandırdı.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov milli birlik həmrəylik rəmzi olan Novruz bayramı münasibətilə rayon sakinlərini qonaqları təbrik edərək hər bir ailəyə bol ruzi, xoşbəxtlik səadət arzuladı.

Meydanda milli mətbəximizin dadlı-ləzzətli təamları, müxtəlif növ şirniyyatlar nümayiş olundu. Novruzun atributları olan Bahar qız, Kosa Keçəlin şən zarafatları, ifa etdikləri rəqslər, səhnəciklər, gənc idmançıların bir-birindən maraqlı çıxışları alqışlarla qarşılandı.

Görkəmli muğam ifaçısı, respublikanın Xalq artisti Mələkxanım Əyyubova, Əməkdar artist İlkin Əhmədov, istedadlı sənətçilərdən Mirələm Mirələmov, Aysel Əlizadə, Valid Abdullayev, Aynur Dadaşova Fatimə Fətəliyevanın təqdim etdikləri rəngarəng konsert proqramı hamıya xoş ovqat, bayram sevincləri bəxş etdi.

                                                 Əlisəfa HƏSƏNOV,

                                                 "Respublika".