Yurdda sülh, cahanda sülh
Türk dünyası

Yurdda sülh, cahanda sülh

Azərbaycan-Türkiyə münasibətləri sabitliyə, tərəqqiyə, firavanlığa xidmət edir

Həyat bir imtahandır, çünki bu dünyaya gəlişimizin Tanrı dərgahına dönüşümüz üçün bir imtahan olduğunu hər bir bəndə gözəl bilir. Yəni bizə ayrılan ömür payı imtahan müddətidir onu necə başa vuracağımız da bizdən asılıdır. Ancaq dövlətlər, millətlər, xalqlar da imtahana çəkilir bəzən. Özü , sözün əsl mənasında.

Bu gün qardaş Türkiyə imtahan qarşısındadır. Ay yarım öncə yerin təkində özünü büruzə verən aktivlik indi siyasət meydanını titrədir. Prezident kürsüsü uğrunda mübarizə aktiv fazaya keçir. Nəticə isə mayın 14- Türkiyə Respublikasında keçirilən prezident seçkilərində bəlli olacaq. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan millətinin tarixi bir imtahan qarşısında olduğunu vurğulayıb. Prezidentliyə namizədlər arasında siyasi mübarizənin davam etdiyi, "altılı masa"nın çətinliklə ortaq bir qərara gəldiyi bir məqamda, dövlət başçısı Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsində tikiləcək evlərin təməlini qoyub.

Martın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə dövlət başçımız deyib: "Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı üçün, Türk dünyası üçün önəmli şərtdir... Əminəm ki, əziz qardaşım bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmlənməsinə böyük töhfələr verəcəkdir".

Bəli, elə bu xidmətlərinə görə Rəcəb Tayyib Ərdoğan "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilib. Türkiyə-Azərbaycan münasibətləri məhz Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlişindən sonra ən yüksək inkişaf mərhələsinə çatıb. İki ölkə arasında hərbi sahədə əməkdaşlığın nəticələri isə İkinci Qarabağ müharibəsində daha aydın göründü.

Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq yalnız Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi deyil, eyni zamanda bölgədə sülh təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir. 2010-cu il sentyabrın 15- imzalanmış "Azərbaycan Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması" haqqında Birgə Bəyannamə əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoydu. Bu əlaqələr artıq özünün inkişaf mərhələsindədir.

Dünyada gərginliyin artması fonunda təşkil olunan müdafiə sərgiləri hərbi ekspertlərin diqqətini cəlb edir. Cənubi Qafqazdakı vəziyyət, Ukraynada müharibə, Balkan yarımadasında gərginliyin artması, Suriya Liviyada toqquşmaların yenidən qızışması, Aralıq dənizində Türkiyə Yunanıstan arasında potensial toqquşma ehtimalı bu gün dünyanı narahat edən əsas mövzulardır. Qeyd olunan bölgələr müxtəlif müasir silahların güclü əsas istifadə olunduğu qaynar nöqtələrdən bəziləridir. Belə şəraitdə keçirilən müdafiə sərgilərindən biri ADEX-2022-dir.

2022-ci ilin sentyabrında Bakıda IV Beynəlxalq ADEX-2022 sərgisi baş tutub. Sərgidə 32 ölkənin hərbi məhsulları nümayiş olunurdu.

Hərbi-texniki əməkdaşlığın gücləndirilməsi, xarici tərəfdaşlar dairəsinin genişlənməsi, Azərbaycan xarici hərbi texnika istehsalçılarının ən son nailiyyətlərinin nümayişi, dünyanın hər yerindən hərbi texnika istehsalçıları müştəriləri arasında işgüzar əlaqələrin qurulması ölkəmizin müdafiə sənayesinin nailiyyətlərini potensialını yerli beynəlxalq ictimaiyyətə nümayiş etdirməkdən ibarətdir.

2022-ci ilin oktyabrında İstanbulda "SAHA EXPO 2022" müdafiə, aerokosmik kosmik sənaye sərgisi keçirilib. Sərgini ziyarət edən Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib: "Bu gün azərbaycanlı qardaşlarımız da buradadırlar. İki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq uğurla davam etdirilir daha da yüksək səviyyəyə çatdırılacaq. Azərbaycanla Türkiyə arasında da müdafiə sənayesi sahəsində yeni razılaşmaların əldə olunacağı qənaətindəyəm. Türkiyənin nəyi varsa, Azərbaycan da onlara sahibdir. Burada gördüyünüz nələr varsa, onlara Azərbaycan tərəfindən hansı tələb, ehtiyac olduğu təqdirdə, istənilən səviyyədə danışıqlar aparacağıq, bu məsələləri müzakirə edəcəyik".

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da Türkiyədə jurnalistlərin suallarını cavablandırarkən deyib ki, "Biz baxırıq, müzakirə edirik. Bizim orduda tətbiq oluna biləcək silahlarla maraqlanırıq. Onu da qeyd edək ki, SAHA sərgisində Türkiyənin TUSAS şirkəti öz məhsullarını nümayiş etdirib. "Atak II" helikopterləri, "Hürjet" reaktiv təlim təyyarələri, yeni nəsil elektrikli rabitə peyki (Kiçik GEO), "Türksat 6A" "Göktürk-Y" model peykləri xüsusi diqqət çəkib.

Əlbəttə, iki ölkə arasında birgə hərbi təlimlərin keçirilməsi Azərbaycan Silahlı Qüvvələrinin güclənməsinə, modernləşməsinə təsirsiz qalmır. Birgə təlimlərin keçirilməsində hər iki ölkə özünün xoş niyyətini ortaya qoyur. Belə ki, ölkə liderləri dünyaya bəyan edir ki, bu təlimlər heç bir dövlətə qarşı çevrilməyib, yalnız yalnız bölgədə sülhün bərqərar olmasına xidmət edir. Təbii ki, bütün bunlar şər qüvvələri razı salmır, onlar Azərbaycan-Türkiyə münasibətlərinə müxtəlif don geyindirir, yalan, böhtan, iftiralar atırlar. Lakin unudurlar ki, bu iki dost, qardaş ölkənin məramı dəyişməzdir: yurdda sülh, cahanda sülh...

Zümrüd QURBANQIZI,

"Respublika".