“Yol hərəkəti haqqında”, “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“Yol hərəkəti haqqında”, “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci, 13-cü və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564; 2001, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002, № 1, maddə 9, № 8, maddə 463; 2003, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 11, maddə 901; 2005, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006, № 12, maddə 1027; 2007, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008, № 2, maddə 49, № 6, maddələr 453, 463, № 7, maddə 602; 2009, № 2, maddə 47, № 4, maddə 210, № 12, maddə 948; 2010, № 7, maddə 598; 2011, № 2, maddə 71, № 4, maddə 255, № 6, maddə 469, № 12, maddə 1097; 2012, № 5, maddə 402, № 7, maddə 671; 2013, № 4, maddələr 362, 363, № 7, maddə 795, № 11, maddələr 1295, 1298; 2014, № 4, maddələr 343, 346, № 5, maddə 467, № 11, maddə 1352; 2015, № 1, maddə 2, № 2, maddələr 76, 79, 105, № 5, maddə 502, № 6, maddə 686, № 11, maddələr 1256, 1276; 2016, № 11, maddələr 1758, 1784, 1795, № 12, maddə 1993; 2017, № 2, maddələr 138, 150, № 5, maddə 727, № 8, maddə 1507, № 10, maddə 1774, № 12 (I kitab), maddə 2215; 2018, № 2, maddələr 143, 157, № 4, maddə 645, № 6, maddələr 1165, 1192, № 7 (I kitab), maddələr 1432, 1436, 1439; 2019, № 1, maddə 46, № 6, maddə 997, № 7, maddə 1183, № 8, maddə 1376; 2020, № 5, maddə 521, № 7, maddələr 827, 847, № 12 (I kitab), maddə 1425; 2021, № 4, maddə 305, № 6 (I kitab), maddə 543, № 8, maddə 897; Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 584-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 30-cu maddə üzrə:

1.1.1. VII hissənin 5-ci bəndi ləğv edilsin;

1.1.2. aşağıdakı məzmunda VII-I hissə əlavə edilsin:

“VII-I. Avtonəqliyyat vasitələri “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalandıqda, sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinə münasibətdə isə habelə sərnişinlərinin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası həyata keçirildikdə texniki baxışa buraxılır. Bu halda müvafiq icbari sığorta müqaviləsinin mövcudluğu “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan elektron informasiya sistemi vasitəsi ilə yoxlanılır.”;

1.2. 37-ci maddənin I hissəsinin 1-ci bəndindən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini,” sözləri çıxarılsın.

Maddə 2. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 10, № 6, maddə 414; 2001, № 5, maddə 293, № 11, maddə 687, № 12, maddə 740; 2002, № 5, maddə 241, № 6, maddə 328, № 12, maddə 706; 2004, № 5, maddə 318; 2005, № 4, maddə 281, № 8, maddə 699, № 10, maddə 903, № 11, maddə 993; 2007, № 1, maddə 4, № 2, maddə 69, № 8, maddə 745, № 11, maddələr 1053, 1075; 2008, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 1, maddə 5, № 7, maddə 517, № 11, maddə 878; 2010, № 7, maddə 597, № 11, maddə 938; 2011, № 4, maddə 258, № 12, maddə 1098; 2012, № 10, maddə 946; 2013, № 11, maddə 1271; 2014, № 11, maddə 1353; 2015, № 5, maddə 487; 2016, № 1, maddə 11, № 7, maddə 1243, № 12, maddə 2025; 2017, № 2, maddə 148, № 12 (I kitab), maddə 2236; 2018, № 7 (I kitab), maddə 1388, № 8, maddə 1673, № 11, maddə 2230; 2019, № 1, maddə 22, № 6, maddələr 993, 997, № 11, maddə 1681; 2020, № 8, maddə 1014; 2021, № 2, maddə 116; Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 584-VIQD nömrəli Qanunu) 32-ci maddəsinin on ikinci – on beşinci hissələri müvafiq olaraq on üçüncü – on altıncı hissələr hesab edilsin və aşağıdakı məzmunda on ikinci hissə əlavə edilsin:

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 34-2.0.9-cu maddəsində nəzərdə tutulmuş məlumatlar “Elektron notariat” informasiya sistemindən sorğu əsasında real vaxt rejimində İcbari Sığorta Bürosuna ötürülür.”.

Maddə 3. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 603; 2006, № 6, maddə 482; 2007, № 8, maddə 745; 2008, № 3, maddə 154; 2009, № 12, maddə 948; 2011, № 11, maddə 983; 2012, № 6, maddə 509, № 7, maddə 668, № 11, maddə 1053; 2013, № 6, maddələr 607, 623, № 7, maddə 791, № 12, maddə 1484; 2014, № 1, maddə 7, № 2, maddə 97, № 6, maddələr 597, 604; 2015, № 3, maddə 255; 2016, № 4, maddə 645, № 6, maddə 990, № 7, maddə 1244, № 11, maddələr 1770, 1775; 2017, № 5, maddə 738, № 6, maddə 1037, № 10, maddə 1772, № 11, maddə 1954, № 12 (I kitab), maddə 2235; 2018, № 2, maddə 167, № 3, maddə 382, № 5, maddə 852; 2019, № 1, maddə 25, № 4, maddə 593; 2020, № 7, maddə 843, № 12 (I kitab), maddə 1423; 2021, № 6 (I kitab), maddə 556, № 12, maddə 1315; 2022, № 5, maddə 431) aşağıdakı məzmunda 5.1-4-cü maddə əlavə edilsin:

“5.1-4. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 34-2.0.8-ci maddəsində nəzərdə tutulmuş məlumatlar dövlət reyestrindən sorğu əsasında real vaxt rejimində İcbari Sığorta Bürosuna ötürülür.”.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 18 oktyabr 2022-ci il