Yerli və xarici vətəndaşlar arasında sorğu
Ekologiya

Yerli və xarici vətəndaşlar arasında sorğu

Mayın 17-də “Beynəlxalq biomüxtəliflik günü” çərçivəsində Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən paytaxtın İçərişəhər adlanan ərazisində yerli və xarici vətəndaşlar arasında sorğu keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir.

Sorğu zamanı 60-a yaxın iştirakçıya ölkəmizin xüsusi mühafizə olunan təbiət əraziləri barədə suallar verilib, viktorinalar keçirilərək qalib olan iştirakçılara milli parklara giriş bileti təqdim edilib.

Eyni zamanda sorğu iştirakçıları xüsusi mühafizə olunan təbiət ərazilərinin zəngin biomüxtəlifliyi və ekoturizm potensialı haqqında məlumatlandırılıb, onlara milli parklara aid məlumatları özündə əks etdirən bukletlər paylanılıb.

“Respublika”.