Yeniləşən Qarabağ
Siyasət

Yeniləşən Qarabağ

Qarabağ işğaldan azad edildikdən sonra sanki daha müasir, modern üslubda ikinci həyatını yaşayır. İndi bu yerlərin ikinci bahar gözəlliyi gəlib. 30 illik əsarət dövründə ərazilərimiz talan edildi, xarabazara, viranəyə çevrildi. Qarabağ özünün qara günlərini yaşadı. Qədim torpaqlarından didərgin düşən soydaşlarımız üzü el-obaya sarı həsrət, nisgil dolu baxışlarla boylananda dağların o üzündə qalan yurd yerlərimiz öz həqiqi sahibini səslədi.

2020-ci il 27 sentyabr tarixindən bu həsrətə son qoyuldu. Azərbaycan Ordusu, onun Ali Baş Komandanı  düşmənlə mübarizədə öz qətiyyətiniiradəsini göstərdi. Addım-addım Vətən torpaqları düşmən tapdağından təmizləndi, öz azadlığına qovuşdu. Viranə qalmış yurdlar yenidən, yeni formada inşa edilib, dirçəlməyə başladı.

Ermənistanın işğal dövründə bu yerlərdə həyata keçirdiyi cinayətlərin, terror əməllərinin yaraları sağalmağa başladı. Ermənilərin xalqımızın mədəniyyətinə, irsinə, təbiətinə qarşı törətdiyi vandallığa son qoyuldu. Dağıdılan kəndlər, şəhərlər, ellər, evlər yenidən qurulmağa başladıMüharibədən çıxmış bir dövlət üçün bütün bunlar asan başa gəlmədi. Görülən görüləcək işlər üçün güc, iradə ilə yanaşı, həm iqtisadi imkanlar da mühüm şərtdir. Bütün bunları nəzərə alan Azərbaycan dövləti onun Prezidenti İlham Əliyev ötən illər ərzində ölkəmizin güclü ordu quruculuğunu formalaşdırdığı kimi, iqtisadi potensialını da möhkəmləndirmişdir.

Bu gün Qarabağda qısa zamanda görülən işlər olduqca heyrətamiz qürurvericidir. Vətən müharibəsindəki Zəfərimizdən sonra, ötən müddət ərzində Qarabağ Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri Azərbaycan dövlətinin iqtisadi gücünün göstəricisidir. Qısa müddət ərzində nəhəng infrastruktur layihələrinin icrasını həyata keçirmək, Qarabağda iki böyük beynəlxalq hava limanının açılışını etmək, digərinin tikintisini uğurla davam etdirmək s. bir çox nəhəng layihələri tamamlamaq ölkə başçısı İlham Əliyevin siyasi iradəsinin göstəricisidir. Sözsüz ki, bu uğurlara aparan yol böyük "Zəfər" yolunun icrasından başladı. İndi bütün yollar Qarabağdan keçir. Beynəlxalq aləmin, dünyanın nəhəng dövlətlərinin diqqəti Qarabağa yönəlib

Şuşada, Kəlbəcərdə yüksəkgərginlikli elektrik verilişi xətlərinin çəkilməsi, dağların köksündən keçən nəhəng tunellərin salınması böyük zəhmət fədakarlığın nəticəsidir. Əgər, 3 il əvvəl Azərbaycan dövlətinin qarşısında duran  əsas məsələlərdən biri Qarabağın işğaldan azad edilməsi idisə, bu gün əsas hədəf bu ərazilərimizdə Böyük Qayıdışın təmin edilməsidir. İndi Qarabağ böyük tikinti meydanına çevrilib. Hər yerdə tikinti-quruculuq işləri uğurla aparılır. İnfrastrukturlar, yaşayış binaları, məktəblər, xəstəxanalar, bütün lazımi iaşə obyektləri yenidən yeni üslubda qurulur. Əlbəttə kigörülən bütün işlərin üzərində bir imza var. Ali Baş Komandan İlham Əliyevin siyasi gücü iradəsi. İndi yeni qurulan Qarabağın memarı, qurucusuqoruyucusu Prezident İlham Əliyevdir.

Bu gün qədim Qarabağın yeni ünvanları, daha modern, müasir kəndlərişəhərləri salınır. Artıq köhnə ünvanlarda yeni yurdlar, evlər tikilib. Estafeti ilk qəbul edən, ocaqlarımızı yandırıb, eli evə çevirən Zəngilanın Ağalı kəndi oldu. Ağalılılar günlərinə qovuşdu. Ardınca Tərtərin Talış kəndi Böyük Qayıdışın ünvanını təzələdi. Millətimiz, xalqımız üçün müqəddəs olan Novruz bayramı ərəfəsində öləziyən ocaqlarımızı gur yandırmağa məhz ölkə başçısı özü, cənab İlham Əliyev gəldi. Yurdda, yuvada odumuz-ocağımız gur yansın dedi. Talış kəndindən xalqa müraciət edən Prezident İlham Əliyev onu da xüsusi vurğuladı: "O cümlədən burada, Talış kəndində, Suqovuşan qəsəbəsində, Hadrutda, Şuşada, bütün başqa azad edilmiş torpaqlarda qurub-yaradırıq. Ermənistan bu əraziləri viran qoyub, talan edib. Otuz il ərzində daşları bir-bir söküb həm Ermənistanda, həm ki, Ermənistanın qonşu ölkəsində bazarlarda satdırıbBiz isə qurub-yaradırıq".

Onu da qeyd etmək yerinə düşər kiölkə başçısı daha bir müjdəli, sevindirici mesaj vermişdir. Bu ilin yay aylarında Laçın şəhərinə, Sus Zabux kəndlərinə sakinlərin böyük köç karvanı olacaq. Laçın şəhərinə 500, Zabux kəndinə 223, Sus kəndinə 73 ailənin köçürülməsi həyata keçiriləcək. Daha sonra Şuşaya 450 ailənin qayıdışı təmin ediləcək. Beləcə, Böyük Qayıdışın ünvanı bütün Qarabağı əhatə edəcək.

Prezident İlham Əliyevin şah əsəri hesab edilən Qarabağ, həm beynəlxalq aləm üçün böyük əhəmiyyət kəsb edir. Yaxın onillikdə Qarabağ ərazisi istər yerli, istərsə xarici şirkətlərin geniş fəaliyyət meydanına çevriləcək. Təbii ehtiyatlarla zəngin ərazi, eyni zamanda yaşıl enerji baxımından da olduqca əlverişlidir. Bu gün dünyanın enerjiyə olan tələbatını ödəmək istiqamətində Qarabağın enerji potensialı bir sıra dövlətlər üçün olduqca əlverişlidir. Azərbaycan öz iqtisadi gücü, düzgün siyasi istiqaməti sayəsində dünyada söz sahibi olmaqla bərabər, etibarlı tərəfdaş kimi mühüm çəkiyə malikdir. Bu gün Qarabağda aparılan bərpa-quruculuq işləri təkcə ölkəmiz üçün deyil, regionun inkişafı üçün mühüm rol oynayır. Beləliklə, işğaldan azad edilmiş ərazilərdə görülən genişmiqyaslı quruculuq işləri bu qənaətə gəlməyə əsas verir ki, Azərbaycanın əldə etdiyi Qələbə nəticəsində yaranan yeni reallıqlar ölkəmiz region üçün mühüm perspektivlər vəd edir.

Ramidə YAQUBQIZI,

"Respublika".