Yeni sosial layihə
Sosial həyat

Yeni sosial layihə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzinin dəstəyi ilə 30 nəfər şəhid xanımı üçün "Qrup və art terapiya seanslarının təşkili" layihəsinə başlanıb.

Layihə şəhid qəhrəmanlarımızın xanımlarına psixoloji dəstək, onların üzləşdikləri sarsıntıların aradan qaldırılmasına, özünəinam hissinin artırılmasına, yeni bacarıqlar qazanmalarına yardım göstərmək məqsədi daşıyır. Layihə çərçivəsində onların 3 qrup üzrə, ümumilikdə 24 seans terapiyalarda iştirakı, habelə iştirakçılara pozitiv nümünə üçün uğurlu iş qadınının da qonaq qismində onlarla görüşünün təşkili nəzərdə tutulub. Qrup terapiyası seansları zamanı şəhid xanımları, eyni zamanda, səmimi bir ortam şəraitində fikir və düşüncələrini, qayğılarını, təcrübələrini bir-biriləri ilə bölüşürlər.

Eyni zamanda art terapiya onların asudə vaxtlarını səmərəli keçirmələrinə, özlərini rahat şəkildə ifadə etmələrinə, yaradıcı sahədə bacarıqlarını ortaya çıxarmalarına şərait yaradır.

"Respublika".