Yaxın və uzaq coğrafiyada faydalı əməkdaşlıq
Siyasət

Yaxın və uzaq coğrafiyada faydalı əməkdaşlıq

Çoxtərəfli əlaqələrinin genişlənməsi ölkəmizin yüksələn nüfuzunun təzahürüdür

Prezident İlham Əliyev Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Cənub-Cənub adlı yeni əməkdaşlıq formatının zəruriliyini vurğulayıb: "Biz suverenliyə, milli sahibliyə, bərabərliyə qarşılıqlı mənafeyə hörmət prinsiplərini rəhbər tutan Cənub-Cənub əməkdaşlığını daha da gücləndirməliyik. Həmin gündəlik Cənub ölkələrinin özləri tərəfindən öz milli ehtiyac prioritetlərinə uyğun olaraq təşkil edilib. Bu, kənardan məcburi qaydada qoyulmuş bir gündəlik deyil".

Ölkə başçısı qeyd edib ki, iqlim dəyişikliyi bəşəriyyət üçün bir təhdiddir su qıtlığı, ərzaq çatışmazlığı məcburi miqrasiya kimi ciddi problemlərə səbəb olur. İnkişaf edən kiçik ada ölkələrinin vəziyyəti isə daha çətindir. Çünki onlar iqlim dəyişikliyinin təsirlərinə daha həssas olduqları üçün yer üzündən silinmək təhlükəsi ilə üzləşiblər. Azərbaycan Prezidenti xüsusən Afrika ərəb ölkələrinə, eyni zamanda Fransanın təsir dairəsində olan ölkələrə işarə edib. Bu da yeni bazarlara çıxış axtarışı deməkdir. Söhbət həm Afrika, həm Asiya ölkələrində yeni əməkdaşlıq formatından gedir. Bu əməkdaşlıq formatı sürətli inkişafla öz aktuallığını sübut etmiş Cənub-Cənub həmrəyliyinin təzahürüdür. Bu, inkişaf etməkdə olan ölkələrin üzləşdiyi çağırışların həllinə onların inkişafına vacib töhfə verən dinamik formatdır. Qloballaşma iqtisadiyyatlar arasında qarşılıqlı asılılığın dərinləşməsi prosesləri fonunda Cənub-Cənub əməkdaşlığının möhkəmləndirilməsi həm inkişaf strategiyası, həm inkişaf etməkdə olan ölkələrin beynəlxalq iqtisadi münasibətlərdə tam iştirakını təmin etmək vasitəsi kimi vacib amilə çevrilib.

Azərbaycanın xarici siyasəti məhz milli güc amilinə əsaslanan, klassik komponentlərlə yanaşı, çağdaş beynəlxalq münasibətlər sisteminin çoxsaylı mürəkkəb praktik elementlərini özündə birləşdirən, istisnasız olaraq milli maraqlara söykənən, təşəbbüskar, çevik, dinamik çoxvektorlu siyasətdir. İqtisadiyyatının şaxələndirilməsi müasirləşdirilməsinə nail olan Azərbaycan məcburi köçkünlərin cəmiyyətə səmərəli şəkildə inteqrasiyasını həyata keçirməklə, Cənub-Cənub əməkdaşlığının mümkün sahələri kimi insan kapitalını gücləndirməkdə geniş təcrübə toplayıb. Donor ölkəsi olmaqla yanaşı, Azərbaycan regionda aparıcı iqtisadiyyata malik həmçinin genişmiqyaslı regional layihələrin təşəbbüskarıdır. Azərbaycanın əmək sosial müdafiə sahəsində avtomatlaşdırılmış sistemlərinin Cənub-Cənub əməkdaşlığı müstəvisində digər ölkələrdə tətbiqi təşviq olunur. Həmin avtomatlaşdırılmış sistemlər qabaqcıl təcrübə nümunələri kimi BMT-nin "Ərəb ölkələri, Avropa MDB regionlarında Cənub-Cənub əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri Həllər" adlı portalında yerləşdirilib.

Bu sahədə əldə olunan nailiyyətlərin beynəlxalq qurumlar, habelə növbəti dəfə dünyanın ən böyük təşkilatı olan BMT tərəfindən qabaqcıl təcrübə nümunələri kimi dəyərləndirilməsi Azərbaycanın bir çox sahələrdə olduğu kimi, artıq əmək sosial müdafiə sahəsində özünəməxsus müasir inkişaf modelinə malik bir ölkə kimi beynəlxalq aləmdə tanındığını göstərir.

Bu gün dünya ölkələrinin regional qlobal əməkdaşlığının - Asiya, Amerika, Afrika, Qərbi Avropa kimi müxtəlif modellərini görə bilərik. Bu qarşılıqlı əməkdaşlıqlar xeyli irəliləyərək yeni dövrə keçid edib, suveren dövlətlərin daxili xarici siyasətinə yeniliklər gətirib, xalqların taleyində dönüş yaradıb dünya inkişafının başlıca meyillərinə çevrilib. Bu ölkələrə Asiya, Afrika, Latın Amerikasında yerləşən 150- qədər ölkə aid edilir. Bu ölkələrin əksəriyyəti tarixən müstəmləkə olmuşlar.

İnkişaf etməkdə olan ölkələrin sürətli iqtisadi artımı, Cənub-Cənub ticarətini investisiyanı stimullaşdırmaqla qonşu ölkələrin inkişaf perspektivlərini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırıb. Bu gün inkişaf etməkdə olan ölkələr Cənub-Cənub əsasında bölüşülə biləcək, inkişaf sahəsində müxtəlif səviyyəli təcrübə bacarıqlar toplayıblar. Qlobal tərəfdaşlıq inkişaf etməkdə olan ölkələrin problemlərini həll etmək istiqamətində həlledici olacaq. Cənub-Cənub Üçtərəfli Əməkdaşlıq strukturu inkişaf etməkdə olan ölkələrin öz inkişafı üçün siyasət meydanına malik olmasını tələb edir. Son illər ərzində Azərbaycan ehtiyatlı iqtisadi siyasət apararaq sürətli sosial-iqtisadi uğur qazanıb bu da ölkəni yardım qəbul edən ölkədən donor ölkəyə çevirib. Belə sosial-iqtisadi artım xarici dövlət beynəlxalq təşkilatlardan humanitar yardım inkişafa dəstək üçün Azərbaycana müraciətlərin çoxalmasına gətirib çıxarıb.

Azərbaycan kimi yeni donor ölkələrin vacib əhəmiyyəti həm ondan ibarətdir ki, ən az inkişaf etmiş ölkələr (LDCs), dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr (LLDCs) infişaf etməkdə olan kiçik ada ölkələri (SIDS) kimi həssas iqtisadiyyatların davamlı inkişafı üçün son dərəcə vacib olan Rəsmi İnkişafa Yardımın (ODA) azalma tendensiyasının bərpası məqsədilə yeni həyati mənbələr təqdim edir. Onlar, həmçinin digər inkişaf etməkdə olan ölkələrin onların sıralarına qoşulması donor ölkələrinə çevrilməsini təşviq edən nümunə qismində çıxış edirlər.

Belə müraciətləri vaxtında yaxşı koordinasiya olunmuş şəkildə cavablandırmaq məqsədilə, 2011-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində milli donor təşkilatı - Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AIDA) yaradılıb. AIDA qurulduğu gündən etibarən inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun aradan qaldırılması dayanıqlı inkişafın təmin edilməsi üçün, insan institusional qabiliyyətin artırılması, yaxşı təcrübələrin həmin ölkələrin milli strateji planlarına uyğun bir şəkildə bölüşdürülməsi vasitəsilə bir çox mexanizmlərdən istifadə edir.

Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci il üzrə beynəlxalq "Cənub-Cənub" mükafatı ilə təltif olunub. Ölkə başçısı əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində siyasi iradəsi, bununla əlaqədar həyata keçirilən Dövlət proqramları, savadsızlığın yoxsulluğun minimuma endirilməsi Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülən tədbirlərə görə bu mükafata layiq görülüb. Qeyd edək ki, mükafat BMT-nin Ərzaq Kənd Təsərrüfatı Təşkilatı, Davamlı İnkişaf üçün Cənub-Cənub İdarəedici Komitəsi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Cənub-Cənub Əməkdaşlığı üzrə Beynəlxalq Təşkilatı bir sıra BMT- üzv dövlətlər, agentliklər fondlar tərəfindən təsis edilib BMT-nin hesabatlarına əsasən, kənd təsərrüfatı ərzaq təhlükəsizliyi, Minilliyin İnkişaf Məqsədlərində əsaslı irəliləyişlərə nail olmuş ölkələrə verilir.

Müstəqil siyasət yürüdən ölkəmiz Cənub-Cənub istiqamətində əməkdaşlığın iqtisadi inteqrasiyanın təşviq edilməsi canlandırılması istiqamətində konkret praktiki addımların atılmasına əhəmiyyət verir. Qoşulmama Hərəkatı bu cür əməkdaşlığın yollarını mexanizmlərini müzakirə müəyyən etmək üçün ən münasib məkanlardan biridir. 2019-cu ilin oktyabr ayından etibarən başlayan Hərəkata sədrliyi dövründə Azərbaycan bu istiqamətdə yeni imkanların müəyyən edilməsi üçün davamlı səylər göstərir. Ölkəmizin uğurlu sədrliyi ilə Qoşulmama Hərəkatı öz aparıcı rolunu saxlayır. Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycanın qlobal liderlik rolunu üzərinə götürməsi, pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi əməkdaşlığı təbliğ edən ilk ölkələrdən olması, "peyvənd millətçiliyinə" qarşı çıxması, üzv dövlətlər üçün aktual mövzuların həlli istiqamətində apardığı siyasət sözsüz ki, Azərbaycan dövlətinin nüfuzunun daha da yüksəlməsində mühüm rol oynamaqdadır. Dünya birliyinin məsuliyyətli etibarlı üzvü kimi Azərbaycan koronavirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək vermiş, Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmışdır. Habelə, Azərbaycan tərəfindən bir sıra ölkələrə ikitərəfli əsasda yardım həyata keçirilmişdi. Azərbaycanın xarici işlər naziri martın 6-da Qətərdə ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransı (LDC5) çərçivəsində BMT-nin Cənub-Cənub Əməkdaşlıq İdarəsinin direktoru Dima Əl-Xatib ilə görüşdə ən az inkişaf etmiş ölkələrin müxtəlif sahələrdə inkişafında texnoloji, sosial müdafiə, səhiyyə, təhsil digər sahələrdə yardımların rolu, həmçinin bu istiqamətdə yardımların göstərilməsində əməkdaşlıq imkanları müzakirə edilib. Bu ölkələrə həyata keçirilən yardımlar barədə ətraflı məlumat verilib. Ölkəmizin Qoşulmama Hərəkatı İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrinə tələbə təqaüd proqramlarının mövcudluğu diqqətə çatdırılıb.

Azərbaycan inkişaf etməkdə olan BMT sistemi tərəfindən dəstəklənən Cənub ölkələrinin iqtisadi potensialının üzə çıxarılmasına yardımçı olacaq bütün beynəlxalq ictimaiyyət bundan faydalanacaq.

Mustafa KAMAL,

"Respublika".