Sosial həyat

"YAŞAT" Fondu tibb istiqaməti üzrə işləri davam etdirir

Türkiyədə müalicə alan qazilərimiz Qeybəliyev Kamran Bünyat oğlu və Əhmədov Aqil Mürsəl oğlu ölkəyə geri qayıdıblar.

Kamran Qeybəliyev 1 il 5 ay müddətində Türkiyədə müalicə alıb.

Ağır yaralanan qazimiz Bayramov Hafis Talif oğlu isə müalicə məqsədilə Türkiyəyə göndərilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, "YAŞAT" Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayır. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, bu günə qədər 174 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 155-nin müalicə proseduru uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 "Çağrı" Mərkəzi fəaliyyət göstərir.

AZƏRTAC