Sosial həyat

"YAŞAT" Fondu tələbə adını qazanmış şəhid ailəsi üzvlərinə və qazilərə pul mükafatı təsis edib

2021-2022-ci tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara "YAŞAT" Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 AZN təsis edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, birdəfəlik pul mükafatı bu gün tələbələrin bir qisminə təqdim edilib.

Yeni tədris ilində hər birinizə uğurlar arzu edirik!

AZƏRTAC