“YAŞAT
Sosial həyat

“YAŞAT" Fondu tələbə adını qazanan şəhid övladlarını sevindirdi

"YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov 2022-2023-cü tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid övladları ilə görüşüb və Fond tərəfindən onlara birdəfəlik pul mükafatı 2 min manat təqdim edilib.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilir ki, ilk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçular təqaüdlə bağlı ətraflı məlumatı 8110 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərlər.

Kamil İSMAYIL,

"Respublika".