“YAŞAT” düşərgəsinin beşinci həftəsi başa çatıb
Sosial həyat

“YAŞAT” düşərgəsinin beşinci həftəsi başa çatıb

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri”nin birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “YAŞAT” düşərgəsinin beşinci həftəsi başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ilkin olaraq səhər idmanı və psixoloqlarla qrup görüşləri baş tutub. İştirakçılar üçün, həmçinin hovuz əyləncəsi təşkil edilib.

Sonra “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynovun iştirakı ilə düşərgənin bağlanış mərasimi keçirilib. Mərasimdə iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

Düşərgə çərçivəsində şəhidimiz Ramil Ağayevin qızı Zəhra Ağazadənin doğum günü qeyd olunub.

Sonda iştirakçılar üçün musiqili əyləncə proqramı reallaşdırılıb.

Düşərgənin beşinci həftəsi şəhidlərimizin 12-14 yaş kateqoriyasında olan övladlarını əhatə edib.

Qeyd edək ki, şəhid övladları üçün iyulun 12-dən başlayan yay düşərgələri avqust ayının sonuna qədər davam edəcək. Ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcəkdir.

Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur.

Düşərgənin baş sponsorları “Lankaran Springs” otel, “PMD Hospitality”dir.

Sponsorlar “Elektron Hökumətin İnkişafı Mərkəzi”, “İnnovasiyalar Mərkəzi”, “PAŞA Həyat”, “Bravo”, “Nar”, “Gazelli Group”, “Rabitəbank”, “Turanbank”, “Decoria”, “AMO Group”, “Slavyanka”, “Azərsun”, “Shokki Mokki”, “Əli və Nino”, “Oven”, “Happy day cake”, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası(AFFA), “Gənc Psixoloqlar” İctimai Birliyi, logistika dəstəyi: Bakı Nəqliyyat Agentliyidir.

AZƏRTAC