Yardımlıda saxlanılan narkokuryerdən 10 kiloqramdan artıq narkotik vasitə və həblər aşkarlanıb
Digər xəbərlər

Yardımlıda saxlanılan narkokuryerdən 10 kiloqramdan artıq narkotik vasitə və həblər aşkarlanıb

30 may Narkotiklə Mübarizə İdarəsinin məlumatında bildirilir ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Jiy kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini  İqbal Aslanov "Toyota Prius” markalı avtomobildə saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin avtomobilə keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumilikdə 5 kiloqramdan artıq heroin və 3 kiloqram 500 qram marixuana, 2 kiloqram metamfetamin və 1000 ədədə yaxın metadon həbi aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı İ.Aslanovun həmin narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi və Bakı şəhərinə apararaq orada deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib. Məhkəmənin qərarı ilə İ.Aslanov barəsində həbs qətimkan tədbiri seçilib.

“Respublika”.