Yaqut Qarayeva: Reanimasiyada koronavirus müalicəsi alanların 96 faizi peyvənd olunmayanlardır
MÜSAHİBƏLƏR

Yaqut Qarayeva: Reanimasiyada koronavirus müalicəsi alanların 96 faizi peyvənd olunmayanlardır

Bu ilin mart ayından etibarən yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxanlar arasında reanimasiyada müalicə alanların 96 faizi peyvənd olunmayanlardır.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, COVİD-19 xəstəliyindən həyatını itirənlərin də 99 faizinin peyvənd vurdurmadığı aşkarlanıb. Bu günə qədər Azərbaycanda vaksinasiyadan keçən vətəndaşlar arasında, sadəcə, 0,6 faiz yoluxma faktı aşkarlanıb. Azərbaycanda 6 milyon doza vaksin vurulsa da, 2 dozanı qəbul etmiş vətəndaşların sayı əsas götürülür. Bu o deməkdir ki, ölkə əhalisinin 24 faizi peyvəndlənib.

 

Hazırda Azərbaycanda sürətlə yayılan koronavirusun “delta” ştamıdır

Hazırda Azərbaycanda sürətlə yayılan yeni növ koronavirus (COVİD-19) infeksiyasının “delta” ştamıdır. Virus infeksiyalarında mutasiyalar baş verdikdə infeksiya mövsümi xarakter daşıyır.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, respublikada hazırkı epidemioloji vəziyyətə səbəb koronavirusun “delta” ştamıdır: “Lakin digər ştamlarla müqayisədə “delta” ilə yoluxma zamanı da xüsusi kliniki fərqlər müşahidə edilmir”.

Məlumata əsasən, hazırda Azərbaycanda koronavirus infeksiyası ilə xəstələnənlərin 94 faizi “delta” ştamı ilə yoluxub.

AZƏRTAC