Yaponiya portalı Prezident İlham Əliyevin Özbəkistana səfəri barədə məlumatlar yayıb
Digər xəbərlər

Yaponiya portalı Prezident İlham Əliyevin Özbəkistana səfəri barədə məlumatlar yayıb

Yaponiyanın "ajmedia.jp" portalı Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri barədə AZƏRTAC-a istinadla məlumatlar yayıb.

AZƏRTAC xəbər verir ki, yapon və ingilis dilində yayılan məlumatlarda koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılmasından sonra Azərbaycan Prezidenti İlham Əliyevin ilk olaraq Özbəkistana səfər etdiyi vurğulanır. Burada rəsmi qarşılanma, görüşlər, Daşkənddə Heydər Əliyev meydanının açılışı, iki ölkə arasında sənədlərin imzalanması mərasimi və səfərin digər məqamları barədə yapon oxuculara məlumat verilir.

Məlumatlarda, həmçinin dövlət başçılarının ikitərəfli görüşü və digər tədbirlərdəki çıxışlarından məqamlara da yer verilib.

AZƏRTAC