YAP Sədrinin müavini Tahir Budaqov ilə AK Parti Sədrinin birinci müavini Binəli Yıldırım arasında görüş olub
Digər xəbərlər

YAP Sədrinin müavini Tahir Budaqov ilə AK Parti Sədrinin birinci müavini Binəli Yıldırım arasında görüş olub

Martın 13- Ankarada Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Ədalət İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım arasında görüş keçirilib.

YAP Mərkəzi Aparatından verilən məlumatda bildirilir ki, AK Parti Sədrinin birinci müavini Binəli Yıldırım bu çətin günlərdə dost qardaş dəstəyi göstərən Azərbaycan dövlətinə xalqına, eləcə Yeni Azərbaycan Partiyasına təşəkkürünü bildirib. Zəlzələdən sonra Prezident İlham Əliyevin Türkiyə Respublikasına səfərinin dostluq, qardaşlıq həmrəylik örnəyi olduğunu vurğulayan Binəli Yıldırım Azərbaycanın maddi, mənəvi humanitar dəstəyinin, azərbaycanlı xilasedicilərin həkimlərin zəlzələ bölgəsində əzmlə fədakarlıqla çalışmalarının mühüm əhəmiyyətə malik olduğunu təqdirlə qarşılandığını qeyd edib. "Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin ölkəmizə səfərinin böyük mənəvi-siyasi önəmi var. Bu, hər şeydən öncə, dost qardaş dəstəyidir", - deyən Binəli Yıldırım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın zəlzələdən dərhal sonra göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə Azərbaycan xalqına xüsusi minnətdarlıq ifadə etdiyini xatırladıb. O bildirib ki, qüdrətli Türkiyə dövləti xalqın dostlarının dəstəyi ilə yaralarını sağaldacaq, hədəflərini gerçəkləşdirərək daha güclü dövlətə çevriləcək.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov xalqımızın qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çox sayda insan tələfatını öz faciəsi kimi qarşıladığını söyləyib, həlak olanların ailələrinə, yaxınlarına, qardaş Türkiyə xalqına başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.

"Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu, böyük fəlakətdir ölkəmiz Türkiyənin dərdinə şərik çıxır", - deyə vurğulayan Tahir Budaqov bildirib ki, Azərbaycan xalqı dövləti faciə ilə üzləşən Türkiyəyə yardım əlini uzadaraq hər zaman qardaşının yanında olduğunu nümayiş etdirdi: "Bilirsiniz ki, Prezident İlham Əliyevin müvafiq göstərişi ilə yardım məsələləri vahid mərkəzdən idarə olundu, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında mühüm tədbirlər həyata keçirildi davamlı humanitar dəstək göstərildi. Yeni Azərbaycan Partiyası da "bir millət, iki dövlət" fəlsəfəsinə əsaslanaraq öz dəstəyini ifadə etdi. Bu, bizim üçün şərəfli olmaqla yanaşı, qardaşlıq borcumuzdur. Çünki cənab İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır".

Tahir Budaqov vurğulayıb ki, bütün bu reallıqlar ölkələrimiz xalqlarımız arasında tarixi köklərə əsaslanan birliyin sarsılmaz olduğunu bir daha təsdiqləyir. O, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə tarixi nailiyyətlərə imza ataraq güclü nüfuzlu dövlətə çevrilən Türkiyənin ciddi fəsadlar törətmiş zəlzələnin ağır nəticələrini tezliklə aradan qaldıracağına, Türkiyə xalqının rifahı firavanlığı naminə milli inkişafa hədəflənən bütün planların reallaşdırılacağına inamını ifadə edib.

Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsənin, YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərovun Beynəlxalq əlaqələr humanitar məsələlər şöbəsinin aparıcı məsləhətçisi Taleh Həsənzadənin iştirak etdiyi görüşdə YAP ilə AK Parti arasındakı münasibətlərə nəzər salınıb, əldə olunan nailiyyətlərdən ortaq hədəflərdən bəhs edilib. Eyni zamanda, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.