YAP Sədrinin müavini Tahir Budaqov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin onlayn formatda brifinqində iştirak edib
Digər xəbərlər

YAP Sədrinin müavini Tahir Budaqov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin onlayn formatda brifinqində iştirak edib

Noyabrın 19-da XIX çağırış Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin 6-cı Plenar İclasının yekunlarına dair onlayn formatda brifinq keçirilib.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dünyanın müxtəlif ölkələrinin aparıcı siyasi partiyalarının qatıldığı brifinqdə Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılığı ilə 40 nəfərə yaxın YAP üzvü iştirak edib.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Qo Yejounun moderatorluq etdiyi tədbirdə əvvəlcə videoçarx nümayiş olunub.

Sonra Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Tao proqram xarakterli çıxış edib.

Daha sonra çinli ekspertlər tərəfindən tədbir iştirakçılarına 19-cu çağırış ÇKP Mərkəzi Komitəsinin 6-cı plenar iclası ilə bağlı məlumat verilib.

Sonda ekspertlər iştirakçıların suallarını cavablandırıblar.

AZƏRTAC