YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ÇKP və dünya siyasi partiyalarının onlayn formatda yüksək səviyyəli dialoqunda iştirak edib
Digər xəbərlər

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ÇKP və dünya siyasi partiyalarının onlayn formatda yüksək səviyyəli dialoqunda iştirak edib

Martın 15- Çin Kommunist Partiyasının (ÇKP) təşəbbüsü ilə "Modernləşmə yolu: siyasi partiyaların məsuliyyəti" mövzusunda ÇKP dünya siyasi partiyalarının onlayn formatda yüksək səviyyəli dialoqu keçirilib.

YAP Mərkəzi Aparatından verilən məlumatda bildirilir kiYeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, YAP İdarə Heyəti Təftiş Komissiyasının Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunda təmsil olunan üzvləri Mərkəzi Aparatın məsul əməkdaşları tədbirdə iştirak ediblər.

ÇKP-nin XX Qurultayından sonra dünya siyasi partiyaları ilə ilk dəfə təşkil olunan dialoqda Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının baş katibi Si Cinpin çıxışında hər ölkənin öz milli xüsusiyyətlərinə maraqlarına uyğun modernləşmə yolu seçməsinə dəstək ifadə edib, beynəlxalq münasibətlərdə hegemonluq diktə siyasətini qəbuledilməz adlandırıb, müxtəlif ölkələrin siyasi partiyalarının yeni çağırışlar mühitinə uyğun dünyanın qurulmasında rolunun artırılmasına çağırış edib.

Tədbirdə gələcək inkişaf üçün yeni ideya, konsepsiya strategiyanın təqdim edilməsi, müxtəlif ölkələrin siyasi partiyalarının iştirakı ilə daha sağlam təhlükəsiz dünyanın qurulması məsələlərinə dair fikir mübadiləsi aparılıb.