YAP-ın təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir
Digər xəbərlər

YAP-ın təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar partiyanın Mərkəzi Aparatı tərəfindən hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər davam edir.

Tədbirlər Planı çərçivəsində oktyabrın 20-də partiyanın Gədəbəy, Xızı, Yevlax və Kəlbəcər rayon təşkilatları tərəfindən Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilib.

Tədbirlərdə əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi və Şəhidlər xiyabanı ziyarət olunub.

Keçirilən tədbirlərdə - Gədəbəy rayonunda YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Xızı rayonunda YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, YAP İdarə Heyətinin üzvü Elnarə Akimova, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Yevlax rayonunda YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, YAP İdarə Heyətinin üzvü Elnur Sadıqov, YAP Veteranlar Şurasının üzvü Zahid Xəlilov, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının Gəncə şəhərində keçirdiyi tədbirdə isə rayon təşkilatının sədri Həbib Misirov, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov, Milli Məclisin deputatı Aqil Məmmədov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və başqaları çıxış ediblər.

Çıxışlarda ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi zəngin və şərəfli inkişaf yoluna nəzər salınıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın qazandığı nailiyyətlərdən bəhs olunub.

Tədbirlərdə YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri və partiya fəallarına fəxri fərmanlar təqdim edilib.

Bundan əlavə, Tədbirlər Planına uyğun olaraq oktyabrın 20-də YAP Nəsimi rayon təşkilatının gənc üzvləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

X.KOSAYEV,

“Respublika”.