YAP Bərdə rayon təşkilatının nümayəndələri Ramazan bayramı ərəfəsində şəhid ailələrini ziyarət ediblər
Region

YAP Bərdə rayon təşkilatının nümayəndələri Ramazan bayramı ərəfəsində şəhid ailələrini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının nümayəndələri Ramazan bayramı ərəfəsində Vətən müharibəsi şəhidləri Elçin Quliyevin, Fəxri Qəribzadənin, Aqil Quliyevin, Amil Cəfərovun, Əsgər Allahverdiyevin və qazi Elçin Şirinovun ailələrini ziyarət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid ailələri ilə görüş zamanı YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya 44 günlük Vətən müharibəsindən, qazanılan şanlı qələbədən, Azərbaycan hərbçilərinin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışıb. Bildirilib ki, Vətən müharibəsində Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı qələbə ölkəmizin tarixinə qızıl hərflərlə yazılıb.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəman oğullarımızın Vətən qarşısında şücaətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif edilib, ailələri qayğı ilə əhatə olunub.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə ediblər.

AZƏRTAC