Yanvarın 5-də Azərbaycanda COVID-19 əleyhinə 396 vaksin vurulub
Səhiyyə

Yanvarın 5-də Azərbaycanda COVID-19 əleyhinə 396 vaksin vurulub

Yanvarın 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 396 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 325, ikinci doza vaksinlərin sayı 18, üç və daha çox doza vaksinlərin sayı 40, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 13-dür.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 932 min 675, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 396 min 890, ikinci mərhələ üzrə 4 milyon 875 min 728, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 395 min 397, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 min 660-dır.            

 

Azərbaycanda COVID-19-a daha 66 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 66 yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb, 1 nəfər bu xəstəlikdən vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 826 min 562 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 min 232 nəfər müalicə olunaraq sağalıb, 10 min 9 nəfər vəfat edib. Aktiv xəstə sayı 321 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1846, indiyə qədər isə ümumilikdə 7 milyon 436 min 506 test icra olunub.