Yanvarın 13-də Azərbaycanda COVID-19 əleyhinə 430 doza vaksin vurulub
Səhiyyə

Yanvarın 13-də Azərbaycanda COVID-19 əleyhinə 430 doza vaksin vurulub

Yanvarın 13-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 430 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 285, ikinci doza vaksinlərin sayı 39, üç və daha çox doza vaksinlərin sayı 83, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 23-dür.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 936 min 891, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 399 min 674, ikinci mərhələ üzrə 4 milyon 876 min 113, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 396 min 212, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 min 892-dir.

 

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 93 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 93 yoluxma faktı qeydə alınıb, 119 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 min 228 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 min 647 nəfər müalicə olunaraq sağalıb, 10 min 42 nəfər vəfat edib. Aktiv xəstə sayı 539 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1633, indiyə qədər isə ümumilikdə 7 milyon 453 min 564 test icra olunub.