Yanvar-oktyabr ayları ərzində Azərbaycanda 46 mindən çox cütlük nikaha daxil olub
Sosial həyat

Yanvar-oktyabr ayları ərzində Azərbaycanda 46 mindən çox cütlük nikaha daxil olub

Bu ilin on ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 46 min 100 nikah və 14 min 316 boşanma halı qeydə alınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,5-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

AZƏRTAC