Yanvar-iyun ayları ərzində Azərbaycanda 23 mindən çox cütlük nikaha daxil olub
Sosial həyat

Yanvar-iyun ayları ərzində Azərbaycanda 23 mindən çox cütlük nikaha daxil olub

Bu ilin altı ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 23 min 231 nikah və 8168 boşanma halı qeydə alınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin ötən dövrü ilə müqayisədə nikahların sayı 3,6-dan 4,7-yə, boşanmaların sayı isə 1,4-dən 1,6-ya qədər artıb.

Bundan əlavə, cari ilin yanvar-iyun ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1231 nəfər gələn, ölkədən isə 184 nəfər gedən qeydə alınıb. Miqrasiya saldosu ölkə üzrə müsbət 1047 nəfər təşkil edib.

AZƏRTAC