YADDAŞLARDA YAŞAYAN TARİX
Siyasət

YADDAŞLARDA YAŞAYAN TARİX

Xalqımız əsrlər boyu azad, müstəqil yaşamağa can atmış, bu yolda çoxlu qurbanlar vermiş, əzablar, çətinliklər mərhumiyyətlərlə üzləşmişdir. Keçən əsrin əvvəlində müsəlman Şərqində ilk parlamentli, dünyəvi respublika - Azərbaycan Xalq Cümhuriyyəti qurulmuş, cəmi 23 ay yaşamışdır. Sovet hakimiyyəti illərində həmin dövr tariximizin " səhifəsi" kimi öyrənilməmiş qalmışdır. Hətta o barədə danışmaq, yazmaq belə yasaq idi. Orta ali məktəblərdə SSRİ-nin dünya ölkələrinin tarixini öyrənsək , ana Vətənimizin müstəqillik tarixindən xəbərimiz olmurdu.

Uşaq yaşlarımda müsavat sözünü  ilk dəfə nənəmin dilindən eşitmişdim. Atasının, əmisinin nakam taleyini tez-tez yada salıb ağlayır, atasının Nargin adasında güllələndiyini, qəbrinin olmadığını deyirdi:

- Mənim 12-13 yaşım olardı. Atam Əliağa Dövlət oğlu əmim İbad Müsavat partiyasına xidmət edirdilər. Əmim qaçaqlarla dağlara çəkilmişdi. Gecəyarısı qaçaqların atlarının ayaq səsinə yuxudan oyanardıq. Əmimin dəstəsi evimizin damında gizlənərdi. Zənbilə çörək, yavanlıq qoyur, iplə yuxarı dama qaldırardılar. Hava aşılmamış kənddən çıxardılarGündüzlər meşələrdə, dağlarda gizlənir, qırmızı ordu hissələri ilə döyüşürdülər.

Vəziyyət getdikcə gərginləşirdi. 150-200 nəfərlik qaçaq dəstəsi topu, pulemyotu, silah cəbbəxanası olan bolşevik ordusunun qarşısında tab gətirə bilmədi. Nənəmin əmisi İbad İranın Ərdəbil şəhərinə qaçır, atasını isə həbs edib Lənkərana aparırlar.

1980-ci illərin axırlarında arxivlər açılanda babamın cinayət işi ilə tanış oldum. 45 yaşlı Əliağa Dövlət oğlu Müsavat partiyasının lehinə işlədiyinə, antisovet təbliğatı apardığına, sovet hakimiyyəti əleyhinə qiyamçı hərəkatda iştirak etdiyinə görə həbs edilib. O illərdə milli dövlətçiliyimiz uğrunda çoxlu qanlar tökülüb. Qeyrətli, vətənpərvər insanlar xüsusi amansızlıqla qətlə yetirilib, Qazaxıstana, Sibirə sürgün olunub. Minlərlə ailə repressiyaya məruz qalıb.

Yaxşı yadımdadırBakı Dövlət Universitetində oxuduğum illər sovet rejiminin ən sərt dövrü idi. Azərbaycan Xalq Cümhuriyyətinin adı heç yerdə çəkilmirdi. 1979-cu ildə diplom rəhbərim, mərhum professor Fərhad Tağıyevlə akademiya bağında gəzişirdik. Fərhad müəllim fakültəmizin partiya təşkilatı katibi idi. Gözəl alim, vətənpərvər ziyalı, səmimi insan olduğundan tələbələr xətrini çox istəyirdilər. İlk dəfə az qala pıçıltı ilə mənimlə belə bir söhbət etdi:

- Universiteti bitirirsən. Gələcəyinə inanıram. İstəyirəm ki, həqiqəti biləsən. Əsrin əvvəllərində bizim müstəqil dövlətimiz olub. 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikası fəaliyyət göstərib. Parlamenti, dövlət atributları, milli ordusu olub. Oxuduğun universitet 1919-cu ildə yaradılıb.

1918-ci il may ayının 28- Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi.

Ölkənin ərazi bütövlüyü milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətinə malik hərbi hissələr yaradıldı, milli tələblərə demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu. Təhsil milliləşdirildi, Azərbaycanın ilk universiteti təsis olundu, xalqın mədəni yüksəlişi üçün müstəsna əhəmiyyətli işlər görüldü.

Yurdumuzun cənub bölgəsində demokratik respublikanın atdığı addımlar yerli əhali tərəfindən böyük sevinclə qarşılanırdı. O dövrün canlı şahidi, görkəmli tədqiqatçı İshaq Axundzadə xatirələrində yazır: "Milli Müsavat hökuməti Astara tərəfindən qoşun çıxarıb Lənkəranın Sütəmurdov kəndinə qədər gəldi, amma Muğan polku onları şəhərə buraxmadı. Hər axşam bərk atışma olurdu. Lənkərançay boyunca qayaların arxasında əsgərlər səngər qazmışdı. Boş vaxtlarımı Muğan polkunun qərargahı qarşısında keçirirdim. Bir neçə dəfə Müsavatın nümayəndələrinin bayraqla Muğan polkunun qərargahına danışığa gəlmələrini görmüşdüm.

Təxminən 40 günlük danışıq şiddətli döyüşlərdən sonra Muğan polku şəhəri tərk etdi. Müsavat əsgərləri Sütəmurdovdan bazarın yuxarı hissəsinə gələrək şəhərə daxil oldular. Sonra türk ordusu köməyə gəldi. Məktəb uşaqlarının başına qırmızı türk papağı qoyub Müsavat hökumətinin nümayəndələrini qarşılamağa apardılar. Bu şagirdlərin içində mən var idim".

Demokratik cümhuriyyət quruculuğunda cənub bölgəsinin görkəmli hərbçilərinin, tanınmış ziyalılarının da xidmətləri olmuşdur. AXC-nin ilk hərbi naziri olmuş Səmədbəy Mehmandarov 1857-ci il oktyabr ayının 16-da Lənkəran şəhərində dünyaya göz açmışdır.

Masallı rayonunun Xıl kəndində dünyaya göz açmış Əli bəy Bəylərbəyov Tiflis şəhərində ali hərbi məktəbi əla qiymətlərlə bitirmiş, Birinci Dünya müharibəsində iştirak etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Quba piyada qoşunları alayının komandiri, sonralar respublikanın daxili işlər hərbi komissarı, zabitlər hazırlayan məktəbin direktoru digər məsul vəzifələrdə çalışmışdır.

1922-1924- illərdə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı Baş Milis İdarəsinin rəisi, ilk Daxili İşlər komissarı vəzifələrində işləmiş Ə.Bəylərbəyov 29 yaşında general-mayor rütbəsi almışdır.

N.Nərimanov Moskvaya gedəndən sonra Ə.Bəylərbəyova digər azadlıq mücahidlərinə qarşı münasibət dəyişmişdir. 1924- ildən başlayaraq Azərbaycan Xalq Cümhuriyyətinin hərbçiləri kütləvi şəkildə ordudan milis orqanlarından uzaqlaşdırılmışlar. 1926- ildə S.M.Kirovdan sonra daşnak Levon Mirzoyanın Azərbaycanın siyasi rəhbərliyinə gətirilməsi yüzlərlə azərbaycanlının həbsi güllələnməsi ilə nəticələnmişdir. AXC dövründə sovet hakimiyyətinin ilk illərində xidmət göstərmiş 250 nəfər hərbçi ağır işgəncələrin qurbanı olmuşdur.

Azərbaycan K(b)P MK-nın birinci katibi Levon Mirzoyanın göstərişi ilə Bakı Dövlət Universitetində, dövlət müəssisələrində "təmizləmə" işi geniş vüsət almışdır. O, 1928-ci ildə Bakı Partiya Komitəsinin yığıncağında demişdir: "Müsavatçılara qarşı savaşımızı şiddətləndirməliyik". Bundan sonra Əli bəy Bəylərbəyov həbs edilərək istintaqa cəlb edilmiş, 43 yaşında SSRİ Hərbi Kollegiyasının 2 yanvar 1938-ci il tarixli qərarı ilə "xalq düşməni" adı ilə güllələnmişdir.

1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam nail ola bilmədi. Milli hökumət süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı.

Xalqımızın böyük oğlu, dünyaşöhrətli siyasətçi dövlət xadimi Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi.

Lakin 1990- illərin əvvəllərində dövlətçiliyimiz çox ağır, çətin sınaqlara məruz qaldı. 1993- il iyunun 4- Gəncədə qardaş qırğını baş verdi. Ölkənin cənubunda separatçılar, şimalda sadvalçılar baş qaldırdılar. Azərbaycanın başı üstünü müstəqilliyini, dövlətçiliyini itirmək təhlükəsi almışdı. Prezident Elçibəy onun komandası çıxış yolu tapmaqda aciz idilər.

Xalq yeganə ümidini Heydər Əliyevə bağlamışdı. Azərbaycanı bu ağır vəziyyətdən yalnız Heydər Əliyev çıxara bilərdi. Müdrik rəhbər 1993- ilin iyun ayının 9-da xalqın təkidli xahişi ilə Bakıya gəldi. İyunun 15- Ali Sovetinin sədri seçildi. İlk bəyanatında açıqlama verərək dedi: "Heç kəsin şübhəsi olmasın ki, mən ömrümün qalan hissəsini Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinə sərf edəcəyəm".

 Ölkə ağır böhran içində idi. 1993- ilin iyun-avqust aylarında şahidi olduğum Lənkəran hadisələri yerli əhalini çox düşündürür, narahat edirdi buna qəti etiraz edirdilər. Sadə camaat bu ayrı-seçkilikdir, hamımız azərbaycanlıyıq, hamımızın bir Vətəni var, o da Azərbaycandır, - deyirdi. Lənkəranlılar qısa vaxtda öz sözünü dedilər. Ümummilli lider Heydər Əliyevin respublika televiziyası ilə xalqa müraciətindən sonra hamı ayağa qalxdı. Sepratçılığa, ölkəni parçalamaq cəhdlərinə birdəfəlik son qoyuldu. Lənkəran doğma Azərbaycanın əzəli, əbədi, ayrılmaz parçası, alınmaz qalası olduğunu sübuta yetirdi.

1994- ilin oktyabr 1995-ci ilin mart aylarında da dövlətçiliyimizə qarşı xain əllər uzandı. Ulu öndərin polad  iradəsi ilə hər iki cəhdin qarşısı alındı. Milli satqınlar, cinayətkarlar layiqli cəzalarını aldılar. Ölkədə ictimai-siyasi sabitlik tam bərqərar olundu.

Dövlət quruculuğu yolunda ilk zəruri addım olaraq milli Konstitusiyamız qəbul edildi. Cəbhədə atəşkəsə nail olundu. Milli Ordu quruculuğu sürətləndirildi. Ölkənin müstəqilliyini, dövlətçiliyini möhkəmləndirmək üçün iqtisadi, siyasi, sosial digər sahələrdə köklü islahatlar aparıldı.

Ulu öndər tarixi, milli bəşəri dəyərlərdən istifadə edib demokratik, hüquqi, dünyəvi dövlət qurdu. Bizə müstəqil Azərbaycanı ərməğan etdi. Müdrik rəhbərin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev yeni müstəvidə Azərbaycanı sürətlə inkişaf etdirərək dünyaya tanıtdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli ordumuz düşmən üzərində qələbə çalaraq torpaqlarımızı işğaldan azad etdi. Xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Müstəqil Azərbaycan dünyada güclü, nüfuzluqalib dövlət kimi tanındı

Bu gün ölkəmiz sivil dövlətlər arasında yüksək mövqe, böyük nüfuz söz sahibidir. Cənubi Qafqazda lider dövlətdir. Regionda heç bir layihə onun razılığı, iştirakı olmadan həyata keçirilmir. Dövlətimizin yüksək qayğısı sayəsində Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonları əsaslı şəkildə bərpa olunur yenidən qurulur. Soydaşlarımızın doğma ata-baba yurdlarına böyük qayıdışı başlayıb.

Xalqımız cümhuriyyətin istiqlalının dünyaya yayıldığı 28 May Müstəqillik Gününü təntənəli şəkildə qeyd edir. Bu müqəddəs tarix bu dəfə ulu öndərin 100 illik yubileyinin qeyd olunduğu əlamətdar dövrə təsadüf edir. Bu ikiqat sevinc, xoşbəxtlik rəmzidir. Əbədiyaşar liderin qurucusu memarı olduğu müstəqil Azərbaycan iftixarımız, əbədi qürur mənbəyimizdir.

Əlisəfa HƏSƏNOV,

"Respublika".