Xüsusi Təyinatlı Qüvvələrin taktiki-xüsusi təlimi başa çatıb
Digər xəbərlər

Xüsusi Təyinatlı Qüvvələrin taktiki-xüsusi təlimi başa çatıb

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən xüsusi təyinatlı hərbi hissə və bölmələrin taktiki-xüsusi təlimi başa çatıb.

Təlimdə xüsusi təyinatlılar bütün mərhələlər üzrə qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla icra edib.

AZƏRTAC