“Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Fərman

“Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 622; 2020, № 1, maddə 12, № 4, maddə 424, № 6, maddə 708; 2021, № 2, maddə 119, № 5, maddə 452, № 6 (I kitab), maddə 574) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5-ci hissədə “Dövlət Mühafizə” sözləri “Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət” sözləri ilə əvəz edilsin;

1.2. 6-cı hissədə “Dövlət Mühafizə” sözləri “Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət” sözləri ilə əvəz edilsin və həmin hissəyə “olaraq” sözündən sonra “, ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan digər hallarda isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə razılaşdırmaqla” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin. 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 25 fevral 2022-ci il