Xoyda zərərçəkənlərə yardım edilmir
Digər xəbərlər

Xoyda zərərçəkənlərə yardım edilmir

Zəlzələlərin zaman harada baş verəcəyini əvvəlcədən proqnozlaşdırmaq çox çətindir. Yaşadığımız hər gün demək olar ki, minlərlə yeraltı təkanlar qeydə alınır. Amma bunların bəziləri heç hiss olunmur, bəziləri isə sözün əsl mənasında yerin altını üstünə çevirir. Son günlərdə bir-birinin ardınca müxtəlif ölkələrdə baş verən zəlzələlər gündəmi zəbt etməkdədir. Hadisə nəticəsində zərərçəkmişlərə yardım edən ölkələrlə yanaşı, bunu dünya ictimaiyyətindən gizlədən dövlətlər var. Söhbət "din qardaşımız" İrandan gedir

Xatırladaq ki, bu il yanvarın 28- Cənubi Azərbaycanın Xoy şəhərində ətrafında 5,7 bal gücündə zəlzələ baş vermişdir. Təbii fəlakət nəticəsində soydaşlarımız həlak olmuş, ciddi ziyan görmüşlər. Evsiz-eşiksiz qalan insanlar soyuq qış günlərində hökumətin onlara yardım göstərəcəyi ümidi ilə yaşayırdılar. Amma hər zaman olduğu kimi, bu dəfə İranın üzü bəlli oldu. Belə ki, hadisə yerinə cəlb olunan xilasedicilər etnik ayrı-seçkiliyə yol verərək soydaşlarımıza qarşı aqressiv yanaşma sərgiləmişlər. Zəlzələdən zərərçəkmiş soydaşlarımız İran hakimiyyət orqanlarının fəaliyyətinin yetərsiz olduğu səbəbindən azərbaycanlılardan mümkün qədər vacib ehtiyaclarının ödənilməsi üçün yardım etmələrini xahiş etmişlər. Bu soyuq, şaxtalı havalarda İran fars hakimiyyəti soydaşlarımıza heç bir yardım göstərmir, onların acından, soyuqdan həyatlarını itirməsinin qarşısını almaq üçün heç bir tədbir görmür. Daha dəqiq desək, molla rejimi soydaşlarımıza qənim kəsilib.

Qeyd edək ki, bu il Xoy vilayətindəki dağıdıcı zəlzələdən zərərçəkənlərə dövlətin yardım etməməsi səbəbindən artan etirazlardan sonra fevralın 12- İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf zəlzələ baş verən bölgəyə səfər etmişdir. Onun gəlişi böyük etirazla qarşlılanmışdır. Belə ki, çadır düşərgələrində müvəqqəti yerləşdirilən zərərçəkənlər hakimiyyət nümayəndələrinin vədlərini yerinə yetirmədiklərindən dolayı öz narazılıqlarını bildirmişlər.

Zərərçəkənlərin qeyri-standart istilik cihazlarından istifadəsi səbəbindən yaşayış çadırlarında yanğın baş vermiş, 2 nəfər qazdan zəhərlənərək həyatını itirmişdir. İran parlamentarilərinin sözlərinə görə, ölkənin mövcud texnologiyaları hakim qurumların imkanları sayəsində Xoyda zəlzələdən zərərçəkmiş əhaliyə prefabrik vaqon sığınacaqlarının tikilib istifadəyə verilməsinə imkan var. Lakin təəssüf ki, hələ belə bir addım atılmayıb. Bütün baş verənlər İranın həmvətənlərimizə qarşı biganəliyinin göstəricisi olmaqla yanaşı, həm Cənub qonşumuzun düşmənlərimizlə eyni çirkin niyyətdə olduğunu təsdiqləyir.

Nurlan ABDALOV,

"Respublika".