Xorvatiyanın sabiq Prezidenti: Prezident İlham Əliyevin Foruma dəstəyini və qonaqpərvərliyini yüksək dəyərləndirirəm
MÜSAHİBƏLƏR

Xorvatiyanın sabiq Prezidenti: Prezident İlham Əliyevin Foruma dəstəyini və qonaqpərvərliyini yüksək dəyərləndirirəm

Prezident İlham Əliyevin Foruma dəstəyini və qonaqpərvərliyini yüksək dəyərləndirirəm. Azərbaycan Prezidentinə Forumda iştirak edərək burada hamıya zaman ayırdığına, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyi dəstəyinə görə minnətdaram.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç söyləyib.

Sabiq Prezident əlavə edib: "Sizi əmin edirəm ki, Mərkəz olaraq biz Prezident İlham Əliyevin sülh və sabitliyin yalnız sizin regionda deyil, bütün Avrasiya qitəsində və qlobal olaraq qorunmasına dair fikir və təşəbbüslərini təşviq etmək istiqamətində fəal iş görürük".

Qlobal Bakı Forumunun əhəmiyyətindən bəhs edən Kolinda Qrabar-Kitaroviç bildirib ki, burada enerji və ərzaq təhlükəsizliyi, COVID-19 və yarana biləcək digər pandemiyalar barədə geniş müzakirələr aparılır.

AZƏRTAC