Xorvatiyalı parlamentarilər azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə məlumatlandırılıb
Siyasət

Xorvatiyalı parlamentarilər azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə məlumatlandırılıb

Mayın 18- Milli Məclisin sədri Sahibə Qafarova Xorvatiya parlamentinin sədr müavini Davorko Vidoviç ilə görüşüb.

Parlamentin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Milli Məclisin sədri müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Bildirilib ki, Ulu Öndər görkəmli dövlət xadimi siyasi xadim olmaqla yanaşı, xalqının taleyini dəyişdirən böyük Lider, əvəzolunmaz şəxsiyyətdir. Heydər Əliyev erası Azərbaycanda quruculuq, inkişaf, sabitlik, tərəqqi müstəqillik dövrü kimi xarakterizə olunur.

Söhbət zamanı, həmçinin ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərin rolundan danışılıb, hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərdiyi bildirilib. Qeyd olunub ki, parlamentarilərimiz arasında təmasların artması münasibətlərin daha da dərinləşməsinə töhfə verə bilər.

Xorvatiya nümayəndə heyəti regionda baş verən hadisələr, azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq bərpa işləri barədə məlumatlandırılıb.

Dost Azərbaycanda olmaqdan məmnunluqlarını ifadə edən Davorko Vidoviç ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, ölkəmizə səfəri çərçivəsində "ASAN xidmət" tanış olduğunu, işğaldan azad edilmiş Ağdama getdiyini bildirib təəssüratlarını bölüşüb.

Görüşdə Azərbaycanla Xorvatiya arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.