XİN Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən ötən il aparılmış nəzarət tədbirlərinə dair hesabatla bağlı məlumat yayıb
Digər xəbərlər

XİN Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən ötən il aparılmış nəzarət tədbirlərinə dair hesabatla bağlı məlumat yayıb

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin məlumatında aparılan yoxlamanın əhatə etdiyi dövr göstərilmədiyindən, məsələyə aydınlıq gətirməyi vacib hesab edirik. Vurğulamaq istərdik ki, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2021-ci ildə aparılmış nəzarət tədbirləri 2015-ci il yanvarın 1-dən 2020-ci il iyulun 3-dək olan dövrü əhatə edir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

"Məlum olduğu kimi, DTX-nın 2020-ci ildə apardığı əməliyyat nəticəsində XİN-in İşlər İdarəsinin məsul əməkdaşları saxlanılıb və aparılmış istintaq hərəkətləri nəticəsində XİN zərərçəkmiş şəxs qismində tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2021-ci il 22 dekabr tarixli hökmünə uyğun olaraq, həmin şəxslərdən cinayət hərəkətləri nəticəsində əldə olunmuş vəsaitin XİN-ə ödənilməsi qeyd olunub", - deyə L.Abdullayeva vurğulayıb.

AZƏRTAC