XİN: Azərbaycan tərəfi İranla danışıqları müsbət qiymətləndirir
Digər xəbərlər

XİN: Azərbaycan tərəfi İranla danışıqları müsbət qiymətləndirir

Azərbaycan bütün qonşu ölkələrlə, o cümlədən İranla hər zaman qonşuluq münasibətlərinin inkişafında maraqlı olub. Dövlətlərin ərazi bütövlüyü suverenliyinə qarşılıqlı əsasda hörmət Azərbaycanın xarici siyasətinin dəyişməz prioritetidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin iki ölkənin xarici işlər nazirləri arasında baş tutmuş son telefon danışıqları ilə bağlı aprelin 10-da verdiyi şərhə dair yerli medianın sualını cavablandırarkən deyib.

Mətbuat katibi qeyd edib ki, bu xüsusda, Azərbaycan tərəfi ölkəmizin milli mənafeyi milli təhlükəsizliyinin təmin olunması üçün səylərini davam etdirir.

"Azərbaycan tərəfi bu danışıqları müsbət qiymətləndirir məsləhətləşmələrin davam etdirilməsini vacib hesab edir", - deyə Ayxan Hacızadə vurğulayıb.