Xarici jurnalistlər Füzulidə ermənilərin basdırdıqları minaların zərərsizləşdirilməsi prosesini izləyiblər
Digər xəbərlər

Xarici jurnalistlər Füzulidə ermənilərin basdırdıqları minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Füzuli rayonu ərazisində həyata keçirilən minatəmizləmə əməliyyatları zamanı aşkar edilən mina və partlamamış silah-sursatlar zərərsizləşdirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Füzulinin Qarğabazarı deyilən ərazisində ANAMA nümayəndələri ilə rayonda səfərdə olan Yaponiya, İspaniya, İtaliya, Bolqarıstan və İordaniya jurnalistləri arasında görüş keçirilib. Görüşdə bildirilib ki, Qarğabazarı ərazisində ermənilər tərəfindən basdırılan 142 ədəd mina və partlamamış silah-sursat aşkarlanıb, 6200 kvadratmetr sahə xüsusi təhlükəsizlik qaydalarına əməl olunmaqla təmizlənib. Minatəmizləmə prosesi ANAMA-nın əməkdaşları tərəfindən, həmçinin xüsusi texnikalar və təlim keçmiş itlər vasitəsilə aparılır. Ümumilikdə indiyədək Füzuli rayonunda 177 min 736 kvadratmetr ərazinin minalardan və partlamamış digər sursatlardan təmizlənməsi təmin olunub.

Sonra xarici media nümayəndələri aşkarlanmış minaların və partlamamış silah-sursatın zərərsizləşdirilməsi prosesini izləyiblər.

AZƏRTAC