“Xarıbülbül” abidəsi inşa edilib
Sosial həyat

“Xarıbülbül” abidəsi inşa edilib

2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı, Zəfər ili kimi həkk olundu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazandı, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Ali Baş Komandanımızın düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti, ordu ilə xalqın sarsılmaz birliyi sayəsində qazanılan tarixi Zəfərdən illər keçsə də, qərinələr ötsə də, bu şanlı Qələbə xalqımızın taleyinin ən parlaq səhifəsi kimi heç vaxt unudulmayacaq.

44 günlük Zəfər tarixindən sonra bu qələbəyə QHT-lər, idmançılar, yazıçılar və s. tərəfindən öz qatqısını əlavə edənlər də az deyil. Onlardan biri də Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi, Ashihara Karate Federasiyasının prezidenti Maarif Bağırovun gördüyü işlərdir. Həmin görülən işlərdən biri də Ashihara Karate Federasiyasının yerləşdiyi ərazidə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Qarabağda erməni işğalçılarına qarşı əldə edilən qələbə münasibətilə Federasiyanın yanında Qarabağ şəhidlərinin xatirəsinə “Xarıbülbül” abidəsinin inşa edilməsidir. Qeyd edək ki, abidənin inşası 27.09.2021-ci il tarixində başa çatıb.

Federasiyanın prezidenti bildirib ki, 2002-ci ildən Dünya çempionatlarında iştirak edilir və burada da Azərbaycan layiqincə təmsil olunur.

“Respublika”.