XALQIMIZIN VARLIĞINA ÇEVRİLƏN DAHİ
Siyasət

XALQIMIZIN VARLIĞINA ÇEVRİLƏN DAHİ

Azərbaycana məhəbbət, xalqıma məhəbbət mənim canımdadır, qanımdadır, varlığımdadır. Heç kəs, heç bir qüvvə bu məhəbbəti mənim əlimdən ala bilməz.

Heydər ƏLİYEV,

Ümummilli lider.

Ulu öndər Heydər Əliyevin doğulduğu gün - 1923- il 10 may əslində uca Tanrının Azərbaycanın Azərbaycan xalqının taleyinə yazdığı alın yazısı imiş. Həmin gün taleyinə doğulan günəşin işığı ilə Azərbaycan dörd tərəfini bürümüş qara buludları yarıb, işıqlı gələcəyə qovuşacaqmış...

Uca Yaradan Adəmdən bəri hər qövm üçün, hər xalq üçün onun içindən bir insanı seçib ona bilik, mənəvi zənginlik, dərin zəka, fitri istedad qabiliyyət bəxş edir, onu əzəmətli zəhmli edir şöhrət qazandırır, ölkənin asayişini, xalqın yaşayışını müqəddəratını ona etibar edir... O insanın dərin təfəkkürü, dünyagörüşü, elmi, ağlı zəngin biliyi, adi insanların dərk edə bilməyəcəyi dərəcədə elə bir yüksək səviyyədə olur ki, o, günəşə bənzəyir! Xalq onun nuru ilə zülmətdən xilas olur!

Dahi şəxsiyyətlər adi insanlardan fərqli olaraq zaman-zaman yaddaşlara həkk olur, əbədiyaşar bir varlığa çevrilirlər. Bəşər tarixinin XX əsrində uca Tanrının Türk dünyasına bəxş etdiyi o dahi şəxsiyyət haqqın, ədalətin rəmzi, milli-mənəvi, bəşəri dəyərləri özündə ehtiva edən, dünyanın siyasət korifeylərinin gözlərini qamaşdıran düşmənləri kor edən Heydər Əlirza oğlu Əliyevdir!

500 il bundan əvvəl yağı düşmənlər əlində parçalanmış Azərbaycanı birləşdirən müstəqilliyini bütün dünyaya qəbul etdirən Şah İsmayıl Xətainin dövründən sonra yenə parçalanmış, tayfalara bölünmüş, vətəndaş müharibəsinə sürüklənmiş, son nəfəsini yaşayan, hegemon dövlətlər tərəfindən pay-pürüş edilməyə hazırlanmış Azərbaycana ruh verib onu canlandıran ulu öndər Heydər Əliyev öz gücü iradəsi ilə dünyaya qarşı dayanaraq iradəsi sındırılmış, torpaqları işğal edilmiş bu məsum xalqı ölüm-dirim savaşına qaldırdı. Azərbaycan xalqının haqqını özünə qaytardı, öz tarixinin, öz taleyinin, öz dövlətinin, öz ərazisinin, yerüstü, yeraltı sərvətlərinin sahibi etdi... Azərbaycanı öz adı, öz bayrağı, öz ordusu, öz milli mənəviyyatı ilə dünya dövlətləri sırasına salan, xalqın şanlı tarixini yazaraq özünü özünə tanıdan, keçmişi ilə gələcəyini birləşdirərək bu gününü yaradan bütövlükdə Azərbaycan xalqını yox olmaqdan xilas edib, müstəqil Azərbaycan dövləti quran Heydər Əliyev xalqımızın qəlbində əbədi yaşayacaqdır...

Düşünürəm ki, dünya xalqlarının nümayəndələri Heydər Əliyev kimi planetar təfəkkürlü liderinin dahi şəxsiyyətinin olmasını arzu edirlər. Bunu görkəmli siyasətçilərin, dövlət xadimlərinin sadə insanların səmimi etirafları da təsdiq edir. Azərbaycanofobiyanı türkofobiyanı özləri üçün ideologiyaya çevirənlər isə ümumbəşəri ideyaların daşıyıcısı olan iderlərinin olmamasının acı nəticələrini hələ çox hiss edəcəklər. Təsadüfi deyildir ki, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı zamanı öz xalqına çağırış etmişdi: "Dağlıq Qarabağ haqqında söz-söhbətləri dayandırın. Görəcəyimiz işlərin heç biri bir nəticə verməyəcəkdir. Çünki Heydər Əliyev yenidən hakimiyyətə gəlmişdir". O vaxt ulu öndər apardığı uzaqgörən müdrik siyasəti ilə Qarabağ probleminin ədalətli həlli məsələsində Ter-Petrosyana yalnız bir çıxış yolu qoyulmuşdu: O, yalnız "" deməli idi. Siyasət meydanında uduzduqlarını görən ermənilər onların havadarları vəziyyətdən çıxış yolunu Ter-Petrosyanın istefasında gördülər buna da nail oldular.

Lakin ulu öndər Heydər Əliyev öz ədalətli prinsipial mövqeyi ilə ermənipərəst qüvvələri fakt qarşısında qoydu, yenidən Qarabağ probleminin həllini Ermənistan Respublikasının parlamenti səviyyəsində gündəmə gətirdi. Artıq Qarabağ problemi parlament səviyyəsində öz həllini tapmalı idi. Lakin burda da çıxış yolu tapmayan ermənilər havadarları vəhşilik edərək dövlət səviyyəsində terrora əl atdılar. Problemin ədalətli həllinə yekun qərar çıxaracaq səlahiyyətli deputatları, spikerləri parlamentdə iclas gedə-gedə bir-bir güllələdilər, Qarabağ probleminin ədalətli həllinə terrorla imkan vermədilər. Göründüyü kimi, bu, adi, sıradan bir cinayət hadisəsi deyildi, ermənilərdən bir alət kimi istifadə edən məkrli qüvvələrin "xeyir-duası" ilə baş tutan terror idi.

Bu, Heydər Əliyevin fövqəlgücü, qüdrəti qarşısında məğlub olan çıxış yolunu yalnız özlərinin intiharında görən düşmənlərin bir millət kimi böyük faciəsi idi. Terror da olsa, ədalət prizmasından baxsaq görərik ki, bu, əslində Heydər Əliyev siyasətinin məğlubedilməzliyinin dünya miqyasındakı möhtəşəm təntənəsi idi!

Ulu öndər Heydər Əliyev heç bir xarici qüvvənin müdaxiləsi olmadan öz xalqının iradəsi ilə ölkə prezidenti seçilmiş, xalqımızı uçuruma aparan fəlakətlərin qarşısını almış, qanuni hakimiyyəti devirməyə çalışan xarici qüvvələrin onların əlaltılarının, daxili düşmənlərin qruplaşmaların qarşısından geri çəkilməmiş, özünün qurub-yaratdığı müasir Azərbaycanın dövlət müstəqilliyinin qarantı olmuşdur.

Ümummilli lider Heydər Əliyevi xalqını xilas etmək kimi ali missiyanı yerinə yetirməkdən heç , heç bir qüvvə saxlaya bilmədi. O, yeni müasir, müstəqil Azərbaycan dövlətini qurdu. Hələ Sovet dönəmində bir-biri ilə ölüm-dirim mübarizəsi aparan iki böyük siyasi sistemin birinin (Qərbin) həmişə ehtiyat etdiyi həsəd apardığı, digərinin (Sovetin) güvəndiyi möhtac olduğu böyük siyasi fiqur var idi. O, məğlubedilməzliyi ilə hər iki sistemi qorxuya salan böyük türk oğlu idi.

Ulu öndər öz xeyirxah əməlləri ilə bu gün yaşayır, qədər ki, Azərbaycan xalqı yaşayır, Heydər Əliyev yaşayacaqdır. qədər ki, Heydər Əliyev ideyaları yaşayır, Azərbaycan müstəqil dövlət kimi inkişaf edəcək, çiçəklənəcəkdir. Müasir Azərbaycan dövlətinin müstəqilliyi xoşbəxt gələcəyi məhz Heydər Əliyev siyasi kursunun əbədiliyi ilə bağlıdır.

Doğuldun günəş tək Azərbaycandan,

Qurtardın milləti oddan, alovdan!

Xilaskarı oldun bu doğma yurdun,

Sülhün, azadlığın taxtını qurdun.

Düşünürəm ki, burada bir haşiyə çıxmaq, ulu öndər Heydər Əliyevin Naxçıvanda işlədiyi zaman, verdiyi müsahibələrdə özü haqqında dediyi fikirlərə diqqət yetirmək yerinə düşərdi:

...1943- ildə Hitlerin nasist qoşunları Stalinqrad məğlubiyyətindən sonra geri çəkilməyə başlamışdılar. Elə o vaxtlar məni XDİK-ə (DTK-nın ovaxtkı adı) işə götürdülər. Bu vəzifə üçün mənə heç kimin köməyi olmadı. Səbəbini bu gün belə bimirəm. Lakin məni Gizli Polis Təşkilatına seçmişdilər.

...Mən Azərbaycan XDİK-in bir üzvü olmuşdum. DTK-da düz 30 il çalışdım. ...DTK-da şərəf namusla işləmişəm. İşlədiyim müddətdə öz millətimə bir dəfə olsun xəyanət etməmişəm. DTK-da ən böyük vəzifəyə kimi ucalmışam. Ən yüksək "DTK generalı" rütbəsinə qədər yüksəlmişəm. Moskvada, Sankt-Peterburqda keçmiş Sovet İttifaqı Kommunist Partiyasının ən yaxşı təbəqəsinin yetişdirildiyi xüsusi məktəblərdə, kurslarda oxudum. Məndən başqa heç bir türk Sovet İttifaqında belə yüksək təbəqələrə çatmamışdı.

...1967-ci ilin əvvəlləri idi. Bakıda DTK binasındakı otağımda işləyərkən Moskvadan yüksəkvəzifəli dostum Abdulla İbrahimov mənə telefonla zəng çalıb: "Heydər, Azərbaycan Kommunist Partiyasının Birinci Katibliyinə Moskvada yeganə namizəd sənsən!", - dedi. Çaşıb qalmışdım. Bu, gözləmədiyim bir xəbər idi. Telefondakı dostuma: "Bu, mümkün deyil. Belə bir namizədlik üçün təklif edildiyimi sanmıram. Bəs, üçün mənim bundan xəbərim yoxdur?”, - dedim. Lakin dostum öz dediyində durdu təkidlə: "Heydər, özünü buna hazırla", - deyib telefonu qoydu. Aradan iki, ya da üç gün keçməmişdi ki, Brejnevin şəxsi katibi tez Moskvaya gəlməyimi Sov.İKP-nin Baş katibinin mənimlə görüşmək istədiyini bildirdi. Kremldə Brejnevin otağına getdim. Brejnev üzündə bir razılıq əlaməti ilə məni qarşıladı. Aramızda belə bir söhbət oldu:

- Yoldaş Əliyev, biz qərara gəlmişik ki, sizi Azərbaycan KP-nin Birinci katibi vəzifəsinə qoyaq.

Dedim:

- Bu, mənə şərəf verir, yoldaş Brejnev. Lakin mən bu vəzifəni istəmirəm.

Brejnev təəccüb qalmışdı:

- Necə yəni istəmirsən. Niyə görə? Sənə mühüm vəzifə tapşırırıq. Qəbul edəcəksən.

- Azərbaycan KP-nin Birinci katibi olmaq asan deyildir. Ona görə istəmirəm - dedim.

Lakin təkidimə əhəmiyyət verilmədi. Brejnev qərarını çoxdan qəbul etmişdi.

...Azərbaycan Kommunist Partiyasının Birinci katibi Azərbaycanın yeganə hakimi demək idi. Bu vəzifəyə seçildikdən sonra Azərbaycan SSRİ- bu təyinat böyük əks-sədaya səbəb oldu.

...Ölkəmizdə Kommunist Partiyasının liderliyinin ən yaxşı illəri idi. Bəzən gecələr işim qurtaranda da evə getmir, səhərə qədər öz-özümə düşünür, respublikamızın vəziyyətinin yaxşılaşması üçün planlar qururdum. Mən bir azərbaycanlı bir türk idim. Kommunist rejimi daxilində onlarla münasibətlər tarazlığını saxlamaqla yanaşı, vəzifəmin verdiyi imkanlardan istifadə edərək doğma xalqım üçün faydalı işlər görmək haqqında düşünürdüm. Buna görə iki şey lazım idi: Azərbaycan Kommunist Partiyasının rəhbərliyini müvəffəqiyyətlə həyata keçirmək nüfuzumla gücümü get-gedə artırmaq. Mən hesab edirəm ki, bu iki xüsusiyyətin ikisini özümdə cəmləşdirib, siyasi fəaliyyətimdə əks etdirə bildim.

...Rəhbərlik etdiyim 14 il ərzində ətrafımda birləşmiş partiya yoldaşlarımla birlikdə Azərbaycan üçün böyük işlər gördük. İndi siz Bakıya Azərbaycanın digər böyük şəhərlərinə getsəniz, görəcəyiniz zavod, fabrik, mədəniyyət sarayları, əzəmətli mehmanxana, institut, orta məktəb, uşaq bağçası binaları, texnoloji komplekslərin əksəriyyəti həmin dövrdə tikilmişdir. Bu tikililər barədə hansı azərbaycanlıya müraciət etsəniz, "Əliyevin dövründə tikilmişdir" cavabını alarsınız.

Siyasi Büro üzvlüyünə namizədlər arasında mənim kimi bir türkün seçilməsi SSRİ-nin tarixində ilk hadisə idi. Heç vaxt heç bir azəri türkü imperiyanın yeganə qanunverici mərkəzi orqanı olan Siyasi Büronun üzvlüyünə namizəd seçilməmişdi.

Özünüz fikirləşin: Sov.İKP üzvlərinin sayı ölkə üzrə 22 milyona çatırdı. Siyasi Büro üzvlərinin sayı 21, üzvlüyə namizədlərin sayı isə 5-6 nəfər idi. Onlardan biri mən idim.

Erməni gürcü liderləri Azərbaycanın onları keçib daha da irəli gedəcəyindən qorxuya düşdülər. Çünki namizəd olmaq əslində müəyyən mənada Siyasi Büroda olmaq demək idi. Bu üstünlüyümdən istifadə edərək SSRİ Nazirlər Sovetindəki əlliyə yaxın nazirdən hansına telefon etsəydim, Azərbaycan üçün hər hansı mühüm işin görülməsi onlar üçün əmr sayılırdı. Bu şəraitdən Azərbaycanın inkişafı naminə çox istifadə etdim. Çünki sovet idarəçiliyi türk müsəlman respublikalarının hesabına xüsusilə çox kapital keçirmir, az kredit ayırırdı. Fabrik-zavod tikilişi s. bu kimi respublikalarda iqtisadi siyasi potensialı gücləndirəcək işlər üçün maliyyə buraxılışında xəsislik göstərirdilər. Sovet idarəçiliyinin 70 illik siyasətinə çevrilmiş bu münasibəti aradan qaldırmaq o qədər asan deyildi. Çünki pul da, texnologiya da Moskvadan gəldiyi üçün o qədər böyük görmək mümkün deyildi. Mən mövqeyimdən istifadə etməklə bu qanunu dəyişdirə bildim.

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının haqqını özünə qaytardı, öz tarixinin, öz taleyinin, öz dövlətinin, öz ərazisinin, yerüstü, yeraltı sərvətlərinin sahibi etdi... Azərbaycanı öz adı, öz bayrağı, öz ordusu, öz milli mənəviyyatı ilə dünya dövlətləri sırasına salan, xalqın şanlı tarixini yazaraq özünü özünə tanıdan, keçmişi ilə gələcəyini birləşdirərək bu gününü yaradan bütövlükdə Azərbaycan xalqını yox olmaqdan xilas edib, müstəqil Azərbaycan dövləti quran Heydər Əliyev xalqımızın qəlbində əbədi yaşayacaqdır.

...1982-ci ilin noyabrında Brejnev uzun sürən xəstəlikdən sonra vəfat etdi. Onun yerinə mübahisə doğurmayan bir namizəd vardı: Yuri Andropov...

Andropovu seçmək üçün toplanmış Siyasi Büronun iclasında bütün üzvlər yekdilliklə Dövlət Təhlükəsizlik Komitəsinin sədrini SSRİ-nin yeganə rəhbəri seçdilər. Andropovla aramızdakı yaxınlıq qarşılıqlı hörmətin başlanğıcı 1965-ci ildən qoyulmuşdu. Bizi 1965-ci ildə iclasların birində tanış etmişdilər. O zaman onun Dövlət Təhlükəsizlik Komitəsinin sədrliyinə gəlməsinə hələ iki il qalırdı. Son dərəcə şüurlu, intellektual, namuslu bir adam idi. Sürətli sərt hərəkət etməyi xoşlardı. Münasibətlərimizdə hörmət qarşılıqlı anlayış əsas idi. Brejnevin dəfnindən sonra onunla təklikdə görüşdük. "Mənim artıq sənə ehtiyacım var, daha sənin həmişəlik Moskvada qalmağını istəyirəm", - dedi. Brejnevə olduğu kimi, Andropova da etiraz etdim. Azərbaycan əslində mənim üçün ayrıla bilmədiyim bir kompleks idi. Azərbaycandan ayrılmaq... Çox sevdiyim məmləkətdə daha yaşamamaq... Bu mənim üçün dözülməz bir dərd olacaqdı. Lakin Andropov: "Azərbaycan artıq sənə dar gəlir", - deyib xəfifcə gülümsədi. Mən yenə etiraz etdikdə, o bu dəfə narahatlıqla ciddi bir tonda sözlərini təkrar etdi:

- Artıq bütün SSRİ- sənə ehtiyac duyulur. Azərbaycan daha sənin üçün kiçikdir. Məni Siyasi Büroya seçdin, indi çıxıb gedir, mənə kömək etmək istəmirsən.

Andropov insanları ayırd etməkdə mahir idi. Bu söhbətimizdən on gün sonra bir səslə Siyasi Büroya üzv seçildim. Bu, artıq çox böyük hadisə idi. Həm SSRİ, həm türk-islam aləmi, həm bütün dünya üçün... Ardınca yeni bir hadisə baş verdi: SSRİ Nazirlər Soveti sədrinin birinci müavini oldum. İstəməsəm , Bakıdan Moskvaya köçməli oldum. Bütün bu irəliləyişlərimə baxmayaraq, Azərbaycandan ayrılmaq ürəyimi ağrıdırdı. Heç Moskvada da bu ağrını ürəyimdən qoparıb ata bilmirdim. Andropovun hakimiyyəti cəmi bir il davam etdi. Əcəl imkan vermədi. Əgər yaşasaydı, sovet imperiyasının taleyi bugünkü kimi olardımı? Bu suala cavab vermək bir qədər çətindir. Bəzi sualların cavabı elə onların özündə olur, bəzi suallar isə sual olaraq qalır.

Boş qalmış Sov.İKP-nin Baş katibi vəzifəsinə Brejnevin katibi, təşkilatçısı ən yaxın adamlarından olan Konstantin Çernenkonu seçdik. Ancaq Çernenko da xəstə, yaşlı, skleroz əlamətləri olan bir adam idi. Bir il keçəndən sonra o da Andropov kimi bu dünyanı tərk etdi. Bir il onunla əziyyət çəkdik. Çernenkonun vaxtında da mövqeyim dəyişmədi. Azərbaycanla maraqlanmaqda davam edir, ölkəm üçün yeni kapital qoyuluşu məsələsində səlahiyyətli şəxslərə göstərişlər verirdim.

...Mən Çernenkonun yerinə Baş katib seçilmək üçün Siyasi Büroda səsvermə zamanı Qorbaçova səs verənlər arasında idim. O zaman üzündən maskasını çıxarmamışdı. Öz aramızda söhbətlər zamanı "gənc dinamikdir, bu işi bacarar" deyirdik. Belə hesab edirəm ki, Andropovun islahat layihələrinin davamçısı həyata keçirəni ola bilərdi. Təəssüf ki, Qorbaçovun əsl sifətinin üzə çıxması üçün çox vaxt lazım olmadı.

Qorbaçovun ən böyük xüsusiyyəti müsəlman-türk dünyasına qarşı olan düşmənçiliyi idi. Türk respublikalarına qarşı da ikiüzlü siyasət aparırdı. Mənə qarşı hisslərini, nifrətini Siyasi Büronun iclaslarında hiss etdim. Qorbaçov Siyasi Büro üzvlərinin əksəriyyətinin rus slavyan olduqlarını görür, bir türk kimi mənim SSRİ-nin idarə olunmasında söz sahibi olmağımı heç cür həzm edə bilmirdi. Lakin Baş katib seçilməmişdən əvvəl Qorbaçov məni tez-tez Qara dəniz sahilindəki villasına dəvət edirdi. Rəhmətlik həyat yoldaşım Zərifə ilə Qorbaçovların qonağı olardıq. Xanımı Raisa isə başqa bir oyundu. Bu ziyafətlərdən birində rəhmətlik ömür-gün yoldaşım mənə: "Heydər, bu Qorbaçov səmimi deyil. Bunlara fikir vermək yaxşı olar. Bir daha dəvət etsələr, getməyək", - deyə, məsləhət gördü. O, Qorbaçovun həqiqi sifətini məndən əvvəl görmüşdü. Bilirsiniz ki, qadınlar daha uzaqgörən, hər şeyi tez sezən olurlar.

Hakimiyyəti əlinə aldıqdan sonra mən Qorbaçovun "Əhalinin köçürülməsi" adı verdiyi planla həyata keçirmək istədiyi, türk-müsəlmana qarşı yönəltdiyi irqçilik siyasətinin qarşısında, sözsüz ki, bir maneə idim. Bir-birimizə düşmən kəsilməyimizin əsl səbəbi bu idi.

İndi sizə bu "əhalinin köçürülməsi", demoqrafik məhvetmə planının üzünü izah edim: bu plan türk respublikalarındakı türklərin, müsəlmanların Qərbi Rusiyadakı slavyan respublikalarında yerləşdirilmələrini, onların yerlərinə, doğma ölkələrinə isə rus, ukraynalı digər xristian millətlərdən olan əhalinin yerləşdirilməsini əsas götürürdü. Beləcə, Kremlin bir sıra iqtisadi sanksiyaları da buraya daxil olacaqdı. Mən bu planı DTK-dan dostlarım vasitəsilə öyrəndim belə bir işin nəticəsinin tezliklə Qorbaçov üçün arzuolunmaz sonluqla bitəcəyini söylədim.

Artıq Qorbaçovla bir-birimizi öyrənirdik ki, aramızda Qazaxıstanla bağlı ilk mübahisəmiz baş verdi. Qazaxıstan KP MK-nın birinci katibi Dinmuhəmməd Kunayev köhnə rəhbər işçi idi. Siyasi Büronun iclaslarının birində Qorbaçov Kunayevi vəzifəsindən götürmək istədiyini bildirdi. Onun 76 yaşı olduğunu bəhanə etdi. Sözünü bitirər-bitirməz əl qaldırıb söz aldım danışmağa başladım. Siyasi Büronun iclasında vəziyyət gərginləşmişdi.

" üçün Kunayevi vəzifəsindən götürmək istəyirsən? Kimi hansı əsasla onun yerinə gətirəcəksən?"

"Yerinə Gennadi Kolbini qoymaq istəyirəm", - deyə Qorbaçov mənə cavab verdi.

"Nəyə görə Qazaxıstanda - bir türk respublikasında vəzifəyə rus gəlməlidir? Qazaxların rəhbəri qazax olmalıdır. Rusların indiyə kimi bir türk rəhbəri olubmu? Kunayev 22 ildir ki, Qazaxıstana rəhbərlik edir. Mən sənin namizədin Kolbini yaxşı tanıyıram, işə yaramayan, bacarıqsız bir adamdır".

Qorbaçovun türk-müsəlman düşmənçiliyi ilə bağlı hazırladığı təqvimə görə 1987-ci ilin sonlarında növbə Azərbaycana çatdı. Qorbaçov Azərbaycanı qarışdırıb DTK-nın təhriki ilə müstəqilliyini, muxtariyyətini tamamilə yox etmək idarə baxımından onları özünə, Moskvaya bağlamaq istəyirdi. Bu dəfə aramızda çox kəskin mübahisə oldu. Artıq özümü saxlaya bilmirdim: "Düzgün etmirsən, Azərbaycanı qarışdırmağına yol verməyəcəyəm", - deyə səsimi qaldırdım. Qorbaçov soyuqqanlılığını pozmadan mənə əmr verirmiş kimi "Sən Azərbaycanın işlərinə qarışma" dedikdə, " demək istəyirsən, mən azərbaycanlıyam" - söyləyib hirslə yerimdən qalxıb onun üstünə getdim. Qoluma girib məni Siyasi Büronun toplaşdığı salondan çıxartdılar. Artıq son dərəcə əsəbi gərgin idim.

Mən 1982-ci ildə Siyasi Büroya seçildikdən sonra Azərbaycan KP-nin Katibliyinə gələnlərə Qorbaçovla Liqaçov əmrlər verir, onlardan istifadə edirdilər. Onlar Moskvaya gələndə mənimlə görüşmədiklərinin səbəbini soruşduqda isə qorxduqlarını bildirirdilər. Qorbaçov hətta onlara Əliyevlə görüşməmək əmri vermişdi. O vaxtkı Azərbaycan rəhbərləri Moskvadan qorxduqları üçün Qorbaçovun əlində oyuncağa çevrilmişdilər. Mən onları millətimizin xeyrinə olan istiqamətlərə yönəltməyə çalışarkən onlar kreslo eşqi, vəzifə ehtirasını təmin etmək üçün xəyanət yoluna qədəm qoymuşdular. Vəziyyət elə gətirdi ki, Azərbaycana qayıtmaq istədim, fəqət məni vətənimə buraxmadılar. Növbəti mübahisələrimizdən birində Qorbaçov mənə: "Artıq səninlə işləyə bilməyəcəyəm", - dedikdə mən onunla işləmək istəmədiyimi bildirdim. 1987-ci il oktyabrın 25- ilk dəfə bir türkün seçildiyi Siyasi Bürodan çıxmaq üçün istefa ərizəsi verdim. Əsəblərim hədsiz pozulmuş, çox yorulmuşdum. Xəstələndim. Həyat yoldaşım bir qədər əvvəl vəfat etmişdi. Onun ölümü məni sarsıtmışdı.

...Siyasi Bürodan istefa verdikdən 15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı iqtisadiyyat üzrə müşaviri milliyyətcə erməni olan professor Aqambekyan Parisdə keçirdiyi bir mətbuat konfransında "Dağlıq Qarabağ Ermənistana verilməlidir" demiş, bu məsələ ilə əlaqədar Qorbaçovu da qızışdırmışdı. Moskvanın Qarabağ əməliyyatı mənim Siyasi Bürodan getməyimdən 15 gün sonra həyata keçirilməyə başladı. Deməli, bu plan hələ əvvəlcədən hazırlanmış, lakin tətbiq olunmasında mən ciddi maneə imişəm. Azərbaycanın bu milli məsələsi ilə əlaqədar Qorbaçov, onunla mümkün olmasa, Liqaçov, Viktor Çebrikov DTK sədri, eyni zamanda Siyasi Büro üzvü Kryuçkovla danışmaq istəyirdim. "Əlimdə sənədlər, sübutlar var, Qarabağ Azərbaycanın öz torpağıdır", - deyirdim. Onların mənə cavabı isə bu idi:

"Biz Qarabağdakı erməni-azərbaycanlı münaqişəsi ilə bağlı problemi özümüz həll edəcəyik". Fikirləşdim ki, bir görməliyəm. Moskvadakı xarici jurnalistlərə xəbər verib, bir mətbuat konfransı keçirdim. Bütün günahı Qorbaçov Sov.İKP- gördüyümü söylədim. Bundan sonra Qorbaçov dərhal DTK sədri Kryuçkova məni təqib etmək barədə göstəriş verdi. 30 il sıralarında çalışdığım Dövlət Təhlükəsizlik Komitəsi indi məni quruluş əleyhinə olan bir şəxs kimi təqib etməyə başladı. Məqsədləri məni təxribat yolu ilə aradan götürüb onlara qarşı mübarizəmi dayandırmaq idi. Hadisələr sürətlə inkişaf etdi hamınızın bildiyi kimi, Moskvanın hazırladığı 1990- ilin yanvarındakı Bakı qırğını baş verdi. Rus ordusu millətimizin qanını tökdü. Moskvada azərbaycanlıların təşkil etdiyi mitinqə dəvət edildim mitinqdə bunları söylədim: "Qorbaçov Azərbaycana, xalqımıza xaincəsinə təcavüz etmişdir. Bu qırğında məsul olanlar, Moskvada Qorbaçov, Bakıda onun əlaltıları Vəzirov, Mütəllibovdur. Onların əlləri Azərbaycanın qanına bulanmışdır".

Mitinqdən sonra DTK-nın işçiləri məni dövrəyə alıb nəzarət altında saxladılar. Niyyətləri həbs etmək idi. Lakin qəzəbli kütlədən yarana biləcək qarşıdurmadan qorxdular. Artıq SSRİ əvvəlki ölkə deyildi. Mitinqdən sonra təşkil olunan mətbuat konfransında eyni sözləri bir qədər kəskin şəkildə təkrar etdim. Axşam Siyasi Büronun, demək olar ki, bütün üzvləri evimə telefon edib: " edirsən?", - deyə bağırırdılar. Onlara: "Siz qatilsiniz" deyirdim. Gecəyarısı mənə DTK-nın sədri Kryuçkov zəng etdi. Məlum idi ki, Qorbaçovun əmri ilə mənə hədə-qorxu gəlirdi. Kryuçkov məndən hesabat tələb edirdi. O artıq mənə hədə-qorxu gəlməyə başlamışdı. Danışarkən mən onun sözünü kəsib: "Mənə bax, Kryuçkov!", - dedim, - "Gün gələcək sən , rəhbərin Qorbaçov da ölüb gedəcəksiniz. Siz Azərbaycan xalqına böyük xəyanət etdiniz! Hamınız cəzanızı alacaqsınız!". Kryuçkov məndən belə bir müqavimət gözləmirdi.

Aradan xeyli vaxt keçdi. Moskvanın çaldığı havaya oynayan Bağırov xain Vəzirovdan sonra Azərbaycan KP- rəhbərlik Ayaz Mütəllibova həvalə edilmişdi. O dövrdə mən Azərbaycana qayıtmaq istəyirdim. Bu, əslində həm Moskva, həm Mütəllibov üçün ağır zərbə idi. Mütəllibov mənə xəbər göndərib bildirdi ki, mənim gəlişimlə Azərbaycanda böyük qarışıqlıqlar baş verə bilər.

...Mərkəzi telefon stansiyasının işçisi İstanbuldan zəng çalındığını söyləyəndə "DTK-nın müxbirlərindən biridir", - deyə fikirləşdim, lakin həqiqətən İstanbuldan zəng etmişdilər. Telefondakı səs Əjdər Xanbabayev idi. "Sənin İstanbulda işin var?", - deyə soruşdum. "Mənim burada xüsusi işim var. Türkiyədəki qardaşlarımız Sizin həyatınız üçün narahatdırlar. Səsinizi eşitmək istəyirlər".

Əjdər İstanbuldan Bakıya qayıtdı. O digər yoldaşlar mənim üçün fədakarlıqla çalışırdılar. Mən artıq Azərbaycana qayıtmağı qərara almışdım. 1990- ilin may ayı idi. Təyyarəyə bilet aldıqdan az sonra Sov.İKP MK-dan bir nəfər mənə zəng edib Azərbaycana gedəcəyimi söyləyəndə "Bunu necə bildiniz?", - deyə soruşdum. "Deməli, telefona qulaq asırsınız", - deyə əsəbləşdim. Hədə-qorxular davam edirdi. Yenə Ayaz Mütəllibova telefon etdirirdilər. Bakıdakı qardaşıma xəbər göndərib məni Bakıda hava limanında qarşılamasını ondan xahiş etdim. Bunu Əjdər eşidib mənə zəng çaldı Bakıda təyyarə limanında məni qarşılayacağını söylədi. İstəmədim, lakin fikirləri qəti idi. Mənimlə zəngləşən gecə Əjdəri maşının içində gicgahına güllə sıxaraq öldürdülər. Bu cinayətlə mənə belə bir xəbər çatdırılırdı: "Əgər Azərbaycana gəlsən, sonun Əjdər kimi olacaq".

...Naxçıvanlılar yolda gələrkən məni gördüklərindən "Əliyev buradadır" xəbəri bir göz qırpımında şəhərə yayıldı. Şəhər sakinlərinin həmin gecə seçdikləri bir komitənin üzvləri evə gəlib mənə adı sonradan "Azadlıq" olan Lenin meydanında 80 min adamın toplaşdığını məni tələb etdiklərini bildirdilər.

İndi oturduğumuz bu Ali Sovet binasından kürsüyə qədər olan yolu, istəyirsiniz inanın, istəyirsiniz yox, 1 saata polislərin açdığı dəhlizdən keçərək gəldim. Halbuki, ən çoxu 100 metrlik bir məsafə idi. Yolumu kəsənlər, əlimi sıxanlar, öpənlər...

...Ömrümün xeyli hissəsini - 50 ilini bu partiyaya həsr etdim. Sovet dövlətinə xidmət etdiyimə görə itirdiyim bu illərimə heyifsilənir, acıyıram. 1943- ildən bu partiyanın üzvü olmuşdum. İndi bütün bunlara peşmanam. SSRİ dağılmağa, süqut etməyə məhkum idi, çünki süni şəkildə qurulmuş dövlət idi. Sov.İKP-nin tutduğu yol doğru yol deyildi".

Mən on il Moskvada yaşadım. Özü ən yüksək vəzifədə çalışdım. Azərbaycan xalqının tarixində, müsəlman aləminin tarixində - keçmiş rus imperiyasında, Sovet imperiyasında bu cür zirvəyə çatan azərbaycanlı müsəlman olmamışdır. Bu da tarixdir. Bəziləri deyir, Heydər Əliyev "Politbüro" olub, bilim, olubdur... Bəli, olmuşam. Mən bununla fəxr edirəm. Çünki Azərbaycan xalqını tanıtmışam. Azərbaycan xalqını Kremlin sarayına qaldırmışam. Bununla fəxr edirəm. Ancaq mən on il orada yaşadım, ürəyim Azərbaycanla idi. Gecəm Azərbaycanla idi, gündüzüm !".

Düşünürəm ki, bəşər tarixində bir-birinə zidd olan iki müxtəlif baxışlı ictimai-siyasi sistemin, birinin tənəzzülü, digərinin tərəqqisi ilə müşayiət olunan mürəkkəb siyasi proseslər fırtınasının dalğasında uğurlar qazanan Heydər Əliyev siyasəti idarəçilik məktəbi beynəlxalq dövlətçilik sistemində ən optimal variant olaraq yeni bir kəşfdir.

Müdrik uzaqgörən ulu öndər Heydər Əliyev Azərbaycan müharibə şəraitində ola-ola, "Əsrin müqaviləsi"nin imzalanmasına nail olmuş bütün dünyanın əfsanə adlandırdığı "Bakı-Tbilisi-Ceyhan" neft kəmərini reallığa çevirmiş dövlət müstəqilliyimizin təməlini möhkəmləndirmişdir. Belə ki, "Əsrin müqaviləsi" yalnız iqtisadi inkişafın deyil, həm Azərbaycanın dövlət müstəqilliyinin qarantı olan mühüm tarixi-siyasi bir hadisədir. Ulu öndər Heydər Əliyev siyasətinin gücü əzəməti siyasi həmkarları üçün bu gün bir sirr kimi əlçatmaz olaraq qalır.

Düşmən qüvvələrə tək sinə gərdin,

Qurtuluş yolunda sən dönməz oldun!

Bəşər tarixində bir lider kimi,

Siyasi meydanda yenilməz oldun!

Ulu öndər Heydər Əliyevin Ankarada hərbi liseyin azərbaycanlı kursantları ilə görüşü zamanı "Mən sizi bura silahdan istifadə etməyi öyrənməyə göndərməmişəm, bunu elə Bakıda da öyrənə bilərdiz. Mən sizi bura Vətəni necə sevməyi, Vətən uğrunda necə vuruşmağı Vətən uğrunda necə ölməyi öyrənməyə göndərmişəm!", - dediyi kimi biz vətənpərvər nəsli yetişdirmək üçün gənc nəslə Heydər Əliyevi dərk etməyi, onun misilsiz xidmətlərini dəyərləndirməyi təlqin etməyi bacarmalıyıq.

Vətənə məhəbbət, xalqa məhəbbət ailədən başlayır, məktəbdə yetkinləşir, istehsalatda milli ideologiyaya çevrilir. Bunun üçün hər bir valideyn evdə, hər bir ziyalı məktəbdə təhsildə, hər bir məmur yerində Heydər Əliyevin irsini onun ideyalarını yetərincə təbliğ etməlidir. Bir vətəndaşı belə dövlətdən narazı salan məmur yerində deyildir. Yerində olan məmur dövlət üçün xəzinə, xalq üçün arxadır.

Xalqımızın birliyinin, Vətənə bağlılığının, milli ideologiyanın təcəssümü azərbaycançılıq ideyasının yaradıcısı olan ulu öndər Heydər Əliyev şəxsiyyətinin taleyimizdəki fövqəl rolu olduğu kimi gənclərə əxz edilməli gələcək nəsillərə ötürülməlidir.

Heydər Əliyev demişdir: "Azərbaycanlılar! Harda olursuz-olun, hansı ölkədə yaşayırsız-yaşayın, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü gələcəyi haqqında düşünün"…

Həsən ŞİRİNOV,

general-mayor.