Xalqımızın qürur mənbəyi
Region

Xalqımızın qürur mənbəyi

Şirvan şəhərində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin respublika rəhbəri seçilməsinin 53 illiyi şəhərin idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlərlə qeyd edilir.

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayevin, Milli Məclisin üzvü İltizam Yusifovun, Şirvan Apelyasiya Məhkəməsinin sədri Vəli Abdullayevin, YAP Şəhər Təşkilatının sədri Zahir Qəhrəmanovun, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədovun və digər hüquq-mühafizə orqanlarının, ictimai-siyasi qurumların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən "Heydər Əliyev xalqımızın qürur mənbəyi, şərəf rəmzidir" mövzusunda elmi-nəzəri konfransın iştirakçıları öncə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan əzəmətli abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsinə dərin ehtiramlarını ifadə etdilər. Sonra Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular.

Elmi-nəzəri konfransı giriş sözü ilə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayev açdı. Mənalı, şərəfli ömrünü Azərbaycan xalqına və müstəqil dövlətimizin hərtərəfli inkişafına həsr edən ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edənlər Azərbaycan xalqının qürur mənbəyi, şərəf rəmzi olan ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin mühüm məqamlarından danışıb, xatirələrini bölüşdülər. Sonda tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə tamaşa etdilər.

Tofiq HÜSEYN,

"Respublika".