Xalqımızın iradəsinin təcəssümü
Siyasət

Xalqımızın iradəsinin təcəssümü

Azərbaycan xalqı bəşər tarixində özünəməxsus yer tutur. Xalqımız sahib olduğu mədəniyyəti, zəngin ədəbiyyatı, böyük dövlətçilik ənənələri ilə tariximizin şərəfli səhifələrini yazıb. Bu gün hər bir azərbaycanlı öz tarixini öyrəndikcə ata-babalarımızın Vətən üçün, xalq üçün etdiklərindən qürur duyur onlardan nümunə götürür. Məhz onların min bir əziyyətlə qurub-yaratdığı Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular s. dövlətlər, eləcə Səfəvilər imperiyası orta əsr dövrünün ən əzəmətli dövlətlərindən hesab olunur. Azərbaycan tarixinin şanlı səhifələrindən biri xalqımızın uzun illər milli azadlıq mübarizəsi apararaq 1918-ci il mayın 28- öz müstəqil dövlətini yaratmasıdır. Bununla Azərbaycan xalqı azad yaşamaq əzmini nümayiş etdirdi.

Bu, həmin dövrün son dərəcə müasir dövləti idi ən əsası isə Şərqdə ilk demokratik respublika kimi dünya tarixinə düşmüşdür. Həmçinin Azərbaycan Xalq Cümhuriyyəti hüquqi, dünyəvi parlamentli respublika idi. Bütün bu göstəricilərinə görə Azərbaycan hətta bir sıra Avropa dövlətlərini belə geridə qoyurdu. Xalqın hakimiyyətini insanların bərabərliyi prinsipini əsas götürən Cümhuriyyət öz vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi aradan qaldırdı bu addımı atan ilk dövlətlərdən oldu. Bununla bir daha aydın olur ki, Azərbaycanda tolerantlıq, birgəyaşayış mədəniyyətinin kökləri daha qədimdir. Həmçinin vacib qərarlardan biri şərqdə ilk dəfə qadınlara səsvermə hüququnun verilməsi idi. Qeyd edək ki, ABŞ-da 1920-ci ildə, Fransada isə 1944- ildə qadınlar səsvermə hüququ əldə etmişlər. Odur ki, Azərbaycan qadını bu hüququ dünyanın ən qabaqcıl ölkələrinin qadınlarından daha əvvəl qazanmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti çox qısa - cəmi 23 ay yaşamasına baxmayaraq, xalqımızın həyatında tarixində dərin iz qoydu. İlk parlament, hökumət yaradıldı, dövlət atributları təsis olundu, ana dili dövlət dili elan edildi, hərbi hissələr quruldu, sərhədlər müəyyənləşdi, müstəqil dövlətimizin dünya dövlətləri tərəfindən tanınması istiqamətində mühüm işlər görüldü. 1920-ci ilin yanvarında Azərbaycanın müstəqilliyinin böyük dövlətlər tərəfindən de-fakto tanınması imkan verdi ki, bolşevik işğalından sonra Azərbaycan bir dövlət kimi dünya xəritəsindən silinməsin. Bir sözlə, Cümhuriyyət üzərinə düşən vəzifələri şərəflə yerinə yetirdi, xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etmək bacarığını ortaya qoydu.

Hərbi müdaxilə yolu ilə Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə , onun ideyaları yaddaşlardan silinmədi, xalq azadlıq arzusu ilə yaşadı əmin oldu ki, bu istək bir gün yenidən reallaşacaq. Üstündən 70 il keçəndən sonra yenidən üçrəngli ay-ulduzlu bayrağımız Vətən səmalarında pərvazlandı, bir daha xalqımız azad, müstəqil dövlətinə sahib oldu. Müstəqilliyin ilk illəri çox ağır keçdi, hətta onu itirmək, daha ağrılısı isə Azərbaycanın parçalanması təhlükəsi ilə üz-üzə qaldıq. Bu dəfə müdrik xalqımız iradə nümayiş etdirərək özünün böyük oğlu Heydər Əliyevi dövlət rəhbərliyinə gətirdi bununla da ölkəmizin başı üstünü almış təhlükə sovuşdu, müstəqilliyimiz möhkəmləndi. Bu gün Azərbaycan ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövlətinə çevrilib, dünyanın əhəmiyyətli ölkələrindən hesab olunur. Dövlət başçımızın yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.